BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
54392

Bölgələrimizdə orta aylıq əməkhaqqı arasında ciddi fərqlər var. Məsələn, son açıqlanan rəsmi məlumatlara görə, Qax rayonunda orta aylıq əməkhaqqı 532 manat olduğu halda, Şirvan şəhərində orta aylıq əməkhaqqı 859,8 manat, Daşkəsəndə isə 1 074,1 manatdır. Rayonlarda orta aylıq əməkhaqqıda bu qədər fərq olması nə ilə əlaqədardır?

Valyuta.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, regionlarda əməkhaqqını dispraporsiyasını yaradan mütəlif faktoralar var:

“Buna əmək bazarının strukturu, daha çox iş yerini hansı sahələrin yaratması, iqtisadiyyatın sənayeləşmə səviyyəsi, dövlət sektorunun büdcə təşkilatlarının paylanması və s. bu kimi faktorlar təsir göstərir. Məsələn, regionlarda əmək bazarında daha çox pay kənd təsərrüfatı sahəsinə məxsusdur, amma kənd təsərrüfatında əməkhaqqı səviyyəsi çox aşağıdır. Biz əgər ölkə üzrə aylıq əməkhaqqına baxmış olsaq görərik ki, ən aşağı əməkhaqqı olan sahələrdən biri kənd təsərrüfatıdır. Bu, orta göstəricinin aşağı düşməsinə səbəb olan amillərdən biridir. Hansı bölgələrdə sənayeləşmə nisbətən daha irəli gedibsə, orada orta əmək haqqı nisbətən yuxarı olur. Məsələn, Şirvan şəhərində həm neft emalı sahəsi üzrə ixtisaslaşmış ərazilərdən biridir və burada əməkhaqqı səviyyəsi bu faktorlara görə yuxarı ola bilir”.

Ekspet bildirdi ki, burada büdcə təşkilatının regionlar üzrə paylanmasının da rolu var:

“Məsələn, hansı bölgələrdə regional mərkəzlər yerləşirsə, xüsusilə də əsas dövlət qurumlarının regional mərkəzləri yerləşirsə, bu rayonlarda orta aylıq əməkhaqqı səviyyəsi digərləri ilə müqayisədə daha yüksək olur. Çünki müvafiq strukturlar üzrə əməkhaqqının səviyyəsi daha yüksəkdir. Müxtəlif faktorlar əməkhaqqının regionlar üzrə qeyri-mütənasib şəkildə paylanmasını şərtləndirir. Bu, müəyyən mənada təbii qəbul edilsə də, amma eyni zamanda bu göstərici ölkədə gəlirlərin nə qədər qeyri-bərabər şəkildə paylandığını göstərir. Hökümətin tarazlı inkişafa siyasəti daha çox bu aspketləri özündə birləşdirməlidir. Regionlar arasında sosial iqtisadi göstəricilər və əməkhaqqı fərqlərinin minimuma endirilməsi ilə bağlı kompleks tədbirlər planı, sosial və iqtisadi siyasətlər hazırlanaraq tətbiq edilməlidir”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiyanın neft ixracı minimuma endi

Hansı evlər sənədləşdirilməyəcək? - Araşdırma

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

AMB sədri kommunal xidmətlərdəki bahalaşmanın təsirlərindən danışdı

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Bu dövlət qurumunda yoxlama aparıldı: Pozuntular aşkarlanıb

Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Braziliyada keçiriləcək COP30-a prezident təyin olunub

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Banklara pul qoyanların sayı 40 mindən çox artıb

"2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq" - Taleh Kazımov

Peşə məktəblərində direktor və müavin olmaq istəyənlərin nəzərinə!

Bakıda köhnə tikililər 10,5, yeni tikililər isə 12,3% bahalaşıb

Gələn aydan bu müavinətin də məbləği artacaq

Ötən il Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - TAM SİYAHI

Ötən il Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - TAM SİYAHI

Valideynlərini itirmiş uşaqlara müavinət verilməsində YENİLİK

Müəllimlər üçün “TəhsilPlus” kartı hazırlanır - RƏSMİ

Xaricə satılan neft koksunun qiyməti 3 dəfə ucuzlaşıb

Ələt-Astara dəmir yolu nə vaxt işə düşəcək? - Rəsmi

Vergi orqanlarına şikayətlər azalıb

Qazaxıstan Şımkentdən Bakıya birbaşa reys açacaq

"Netflix" hesabatını açıqladı - “Gəlir və mənfəət gözləntiləri üstələdi”

"Netflix" hesabatını açıqladı - “Gəlir və mənfəət gözləntiləri üstələdi”

Mərkəzi Bank 2025-ci il üzrə inflyasiya proqnozunu azaldıb

Regional Mədəniyyət İdarəsinin müavini vəzifəsini icra etmiş şəxs yenidən həbs edildi

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi

Karqo şirkətləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Ötən il ölkəyə gətirilən elektromobillərin sayı azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin