BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
54046

Boşanan cütlüklərlə bağlı çoxlarını düşündürən hüquqi məsələ gündəmə gəlib. Bəzi boşanan atalar aliment ödənişlərini keçmiş həyat yoldaşlarına ödəmək istəmir, həmin pulu banka qoyub, övladlarının 18 yaşı tamam olduqdan sonra onlara verilməsini istəyirlər. Uşağın geyim və qida xərclərinin qarşılanmasından da imtina etmirlər. Artıq bu sual bir neçə dəfə səsləndirilib.

Bəs reallıq nə yerdədir? Qanunda belə müddəa varmı?

Valyuta.az xəbər verir ki, Hüquqşünas Pərviz Hacıyev Oxu.Az-a açıqlamasında məsələnin hüquqi tərəflərini izah edib.

O bildirib ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər:

"Boşanan kişi bunu məhkəmədən xahiş edə bilər. Bu məsələ çox nadir hallarda məhkəmə tərəfindən tətbiq olunur. Praktikada bu məsələ o halda həyata keçirilir ki, aliment ödəyən tərəf sübut etsin ki, övladı ilə bağlı bütün xərcləri ödəmək iqtidarındadır və aliment məbləği yüksəkdir.

Aliment məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunmaqla uşağın saxlanılması, tərbiyəsi və təhsili ilə bağlı xərclərin qarşılanması üçün nəzərdə tutulduğundan tutulan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi imkanı ödənilən alimentin uşağın qeyd olunan ehtiyaclarını tam qarşıladıqdan sonra artıq vəsaitin qaldığı və həmin vəsaitin uşağa deyil, başqa məqsədlərə sərf olunduğu halda mümkündür.

Məsələn, şəxsin aylıq gəliri 3-5 min manat civarındadırsa, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, alimentin 50 faizdən artıq olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbini sübutetmə vəzifəsi həmin tələbi irəli sürən tərəfin üzərinə düşməlidir. Şəxs bununla bağlı iddia verə və ya qətnamə çıxandan sonra məhkəməyə müraciət edə bilər.

Digər yanaşma isə ondan ibarətdir ki, alimentin bütövlükdə qanunla müəyyən edilmiş məqsədlərə sərf olunmasını sübutetmə vəzifəsi isə aliment alan tərəfin üzərinə düşür. Çünki onun xərclənməsində bilavasitə alimenti alan iştirak etdiyindən məhz onun həmin məbləğin qeyd olunan ehtiyaclar üçün sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı olur".

Ekspert əlavə edib ki, məhkəmə əksər hallarda şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir:

"Sabit məbləğ isə "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən, 235 manat məbləğində müəyyən edilib. Belə olan təqdirdə, boşanan şəxs tələb edə bilməz ki, bunun bir hissəsi banka qoyulsun. Alimentlə indiki zamanda bir uşağı belə, saxlamaq çətin məsələdir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

“Xalq Bank”dan 315 milyondan çox vəsait geri çəkildi

2500 manat məbləğində yeni dövlət rüsumu müəyyən olunur

Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

İxracdan əldə olunan 92.4 milyon manatın ölkəyə qaytarılması təmin edilib

"Minay Group" məhkəmə qarşısında

"Netflix" abunəlik qiymətlərini artırıb

Murtuza Muxtarovun bağ evi təmir olunacaq - 7 mln. manatlıq layihə

Rusiyanın neft ixracı minimuma endi

Hansı evlər sənədləşdirilməyəcək? - Araşdırma

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

Yaponiya brendləri dünyanı fəth edir - Qlobal reytinqdə 37 marka

AMB sədri kommunal xidmətlərdəki bahalaşmanın təsirlərindən danışdı

Davosda Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub

Bu dövlət qurumunda yoxlama aparıldı: Pozuntular aşkarlanıb

Qazaxıstanda üç hava limanının tikintisinə başlanılıb

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Braziliyada keçiriləcək COP30-a prezident təyin olunub

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Baş bankir xakerlərin oğurladığı 80 min manatın tez tapılması məsələsinə aydınlıq gətirdi

Bakıda torpağın qiyməti neçəyədir? - Açıqlama

Banklara pul qoyanların sayı 40 mindən çox artıb

"2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq" - Taleh Kazımov

Peşə məktəblərində direktor və müavin olmaq istəyənlərin nəzərinə!

Bakıda köhnə tikililər 10,5, yeni tikililər isə 12,3% bahalaşıb

Gələn aydan bu müavinətin də məbləği artacaq

Ötən il Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - TAM SİYAHI

Ötən il Azərbaycanın xam neft ixrac etdiyi ölkələr - TAM SİYAHI

Valideynlərini itirmiş uşaqlara müavinət verilməsində YENİLİK

Müəllimlər üçün “TəhsilPlus” kartı hazırlanır - RƏSMİ

Xaricə satılan neft koksunun qiyməti 3 dəfə ucuzlaşıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin