BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9597
  • RUB
    2.1795
  • TRY
    0.0429
  • GBP
    2.2944
53355

“Azərbaycanın dövlət gəlirlərinin formalaşmasında neftdən əldə etdiyimiz gəlirlərin xüsusi payı var və ümumi ixracatımızın təxminən 80 faizi neft və neft məhsullarıdır. Bu kontekstdə neftin dünya bazarında qiyməti fizikal gəlirlərin artması, ölkəyə daxil olan valyutanın həcmi baxımdan çox vacibdir”.

Bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib.

O əlavə edib ki, 2024-cü ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 75 dollar nəzərdə tutulub: "Hazırda dünya bazarında neftin qiyməti 79 dollara təklif olunur. Əvvəlki aylarda - 2024-cü ilin ilk yeddi ayında neftin dünya bazarındakı qiyməti təxminən 80 dollar ətrafında dəyişib.

Bu o deməkdir ki, növbəti aylarda orta qiymət 70 dollar olarsa, praktik olaraq büdcədə nəzərdə tutulan qiymətə uyğun qiymət formalaşacaq. Büdcə praktik olaraq 75 dollardan hesablanaraq dünya bazarındakı qiymətə uyğunlaşacaq.
Amma bütün hallarda neftin dünya bazarındakı qiymətinin azalmasına baxmayaraq, fiskal xərcləmələrimizdə hər hansı bir çətinliyin və yubanmanın olacağı gözlənilmir. Büdcədə nəzərdə tutulan bütün sosial xərclər və digər ödənişlər vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçiriləcək.

Ona görə də dövlət büdcəsindən həyata keçirilən əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yubanmaların və ya azalmaların olacağı gözlənilmir. Əksinə, büdcə dürüstləşməsi nəticəsində sosial xərclərdə müəyyən artımlar nəzərdə tutulub. Xüsusən də bu xərclər pensiya ödənişləri üçün nəzərdə tutulan xərclərdir.

Neftin dünya bazarındakı qiymətinin aşağı düşməsinə baxmayaraq, sosial ayırmalarda əmək haqqı, pensiya, müavinət və digər ödənişlərdə hər hansı bir azalmalar gözlənilmir, nəzərdə tutulmayıb. vaxtı vaxtında köçürmələri həyata keçirmək mümkün olacaq. Azərbaycanda büdcədən ayrılan vəsaitlərin həcminə və bütövlükdə xərcləmələrə hər hansı bir mənfi təsir göstərməyəcək və təsdiq olunan büdcəyə uyğun olaraq sosial və digər ayırmalar həyata keçiriləcək”./BAKU.WS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" kəskin dəyər itirir - 99 min dollar oldu

Azərbaycanda ən çox hansı ölkələrdən tələbələr oxuyur?

İşinizin sizə uyğun olmadığını göstərən 10 əlamət

Avropada ikinci əl telefonlara maraq artır: həm iqtisadi, həm ekoloji qazanc

Z nəsli düyməli telefonlara qayıdır

Bu gün doktorantura və dissertantura səviyyəsi üzrə imtahan keçirilib

Problemli kreditlərdən necə xilas ola bilərik?

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Xaricdən 37 qəpiyə gətirilən bu məhsulu marketlərdən 5-7 manata alırıq

Adi məhsuldan 240 milyon dollarlıq sərvət yaratdı

İranda baş verən hadisələr Azərbaycanın balıq bazarına təsir edir? - VİDEO

"Elite İnvest Group"un 81 min manatlıq vergi borcu var

Kazinoya icazə Azərbaycana nələr qazandıracaq?

“Görünməz incəsənət”i görünən qiymətə satdılar - 17 min manatlıq əsər

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

Bizi geri salan təxirə salmaq vərdişi – Necə qurtulaq? - SƏHƏR OXUSU

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Hər Aİ-yə verilən sual havanı çirkləndirir - ALİMLƏR

Hərraclar haqqında: Dövlət torpaqları kimə və necə satılır?

KOBİA-nın 416 min manatlıq tenderi niyə ləğv edilib?

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

"iPhone 17" modellərinin rəngləri açıqlandı - Ən azı bir yeni rəng olacaq

DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Bakı-Ağstafa-Bakı xəttinə əlavə qatar reysləri təyin edilib

Bu MMC-nin vəzifəli şəxsi həbs edilib

Amerikalı işçilər xoşbəxtdirlər - 37 ilin ən yüksək göstəricisi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ülviyyə Zülfiqar yeni vəzifəyə TƏYİN EDİLDİ

17 min abonentin qaz təchizatı dayandırılacaq

Nazirlik 230 min manatlıq geyim dəsti alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin