BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

“Boşanma günümüzün ən ağrılı-acılı problemlərindən biridir. Ailələr niyə boşanır və son illər boşanmalar niyə artıb? Bunun müxtəlif səbəbləri var. Zənnimcə birinci səbəbi ailədə, xüsusi ilə kişilərin həyat yoldaşlarına qarşı sayğısız davranışıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub Dövlət Statistika Komitəsinin bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma hallarının qeydə alınmasından danışarkən deyib. Sosioloq hesab edir ki, bəzi ailələrdə kişilər xanımlarını nəzərə almırlar:

“Təəssüflər olsun ki, bu bəzi ailələrdə var, boşanmaların səbəblərindən biri də budur. Kişi həyat yoldaşını nəzərə almır, onu fikirinə önəm vermir, onun istirahətinə zaman ayırmır. Qadın evdə quldur, kişi də onun ağası. Xanım tədricən də bu vəziyyətdən yorulur və boşanmaq qərarına gəlir. İkinci məqam bəzi hallarda bu əksinədir, tanıdığım ailələrdə xanım kişiyə, ərinə dəyər vermir. Kişinin məvacibi azdır, xanımın maddi baxımdan gözləntiləri çoxdur. Xanım gündə bir paltar geyinmək, səyahətlərə getmək istəyir. Kişi bunu ona vermədiyindən xanım da boşanmaq qərarına gəlir”. 

Mail Yaqub ailələrin boşanmasının üçüncü səbəbini istər kişi, istər də qadının ailə psixologiyasından xəbardar olmaması və ailə məsuliyyətini anlamamalarından irəli gəldiyi qənaətində olduğunu vurğulayıb:

“Bu da çox vacib məsələdir. Ailə ehtras, intim məsələsi deyil, bir məsuliyyət öhdəliyidir. Hər iki tərəf bunu başa düşməlidir. Mən ailə qururamsa, ciddi bir öhdəliyin altına girirəm. Əgər sabah bizim övladımız olacaqsa, onun anası olmaq ciddi öhdəlikdir. Bir çox ailələrdə problem tərəflərin öhdəlikləri dərk etməməsidir. Başa düşmürlər ailə nədir? Xırda bir problem görən kimi qərara alırlar ki, boşanaq. Halbuki ailədə əzab-əziyyət də olar. Əgər mən bu problemin öhdəsindən gələ bilmirəmsə, dərhal məsuliyyətdən qaçmalı deyiləm. Məşq edib oxumalıyam, ailə nədir deyə təcrübəli insanlardan soruşmalıyam”.

Mail Yaqubun fikirincə, boşanmaların səbəbləri maddi sıxıntı deyil:

“Bir çox ailələrdə maddi sıxıntı yoxdur, amma boşanmaların sayı günbəgün artır”.

Aylin
 

Son xəbərlər

Əzmkarlıq nümunəsi - “Harri Potter”in müəllifinin hekayəsi

Şirkətlər heyvanları sığortalamaqdan niyə boyun qaçırırlar?

Məmur oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender

Sosial problemlər, kənar müdaxilələr... - Ailələr niyə dağılır?

Azərbaycanda meyvə-tərəvəz məhsulları niyə brendləşdirilmir?

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Misir Mərdanovun nəvəsinə vəzifə verildi (FOTO)

Azıx və Tağlar mağaraları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Nazirlər Kabineti büdcə layihələrinin Prezidentə təqdim edilməsi ilə bağlı qərar verdi

Jurnalistə yeni vəzifə verildi

Əsil biznes lanç necə olur?

Təhsil Şöbəsinə yeni müdir təyin edildi

Nazirdən yeni təyinat (FOTO)

"Kirayə tutub, adıma şirkətlər açdılar" - Milyonlarla manat borcu olan sahibkar hansı məmura bağlıdır?

Prezident tapşırıq verdi, Qarabağla bağlı İşçi qrup yaradıldı

Bazar gününün hava proqnozu

Dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət xətti ilə neçə mənzil kirayə verilib?

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycan Cənubi Koreya şirkətlərilə "ağıllı kənd təsərrüfatı" ilə bağlı memorandum imzalayıb (FOTO)

Bütün xəbərlər