Gürcüstanda kim çox pul xərcləyir: azərbaycanlılar, yoxsa ermənilər?
2022-ci ildə xarici ölkə vətəndaşları Gürcüstanda rekord məbləğdə - 3,5 milyard dollar xərcləyiblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Milli Bankı açıqlayıb.
Bildirilir ki, bu məbləğ pandemiyadan əvvəlki 2019-cu ilə nisbətən 300 milyon dollar, məhdudiyyətlərin mövcud olduğu 2021-ci illə müqayisədə isə 2 dəfə çoxdur.
Gəlirlərin artması turizmin bərpası və Rusiyadan miqrasiya dalğası ilə əlaqələndirilir, çünki müvəqqəti yaşayış yerinə gələn ruslar turist statusu ilə ölkədə bir ilə qədər qalmaq hüququna malikdirlər.
Milli Bankın məlumatına görə, ruslar Gürcüstanda 891 milyon dollar xərcləyib ki, bu da ikinci yerdə olan Türkiyə vətəndaşlarından 2,3 dəfə çoxdur.
Turistlər əsasən yay mövsümünün pik dövründə - avqust ayında Gürcüstanda ən çox - 523 milyon dollar xərcləyiblər.
Turistlərin xərclədiyi vəsait ölkələr üzrə aşağıdakı kimi olub:
Rusiya – 891 milyon dollar
Türkiyə – 399,4 milyon dollar
Avropa İttifaqı – 333 milyon dollar
Ukrayna – 282,3 milyon dollar
İsrail – 270,5 milyon dollar
Belarus – 244,2 milyon dollar
Səudiyyə Ərəbistanı – 159,8 milyon dollar
Ermənistan – 156,1 milyon dollar
Azərbaycan – 100,4 milyon dollar
İran – 91,1 milyon dollar
Digər ölkələr – 589 milyon dollar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay