BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
21773

"65 yaşda pensiyaya çıxan insan pensiya kapitalının 12 ildə olan ayların sayına (144-ə) bölünərək aylıq pensiya müəyyən edilməsi orta hesabla insanların 77 il yaşamasını qəbul etmək deməkdir".

Valyuta.az xəbər verir ki, bunu iqtisaçı-ekspert Eldəniz Əmirov bildirib.

O əlavə edib ki, 2002-ci ildə əmək qabiliyyətli əhali arasında 11588 nəfər ölmüşdürsə, 2020-ci ildə 27991 nəfər dünyasınını dəyişmişdir: "Bu pensiya almadan ölənlərin təxminən 150% artması deməkdir. Bunun bir neçə səbəbi olsa da əsas səbəb pensiya yaşının artırılmasıdır.

Çünki, 2009-cu ilə qədər əmək qabiyyətli əhali olaraq kişilər 15-61 yaş, qadınlar 15-56 yaş arası hesab olunurdu. Amma 2020-ci ildə bu yaş həddi kişilər üçün 15-64, qadınlar üçün 15-61,5 yaş hesab edilirdi".

İqtisaçı-ekspert həmçinin qeyd edib ki, koronavirusun yaratdığı “ölüm dalğasının” da səbəbləri vardı: "Amma virusun ölüm dalğasından əvvəlki 2019-cu ildə əmək qabiliyyətli kateqoriyaya daxil olan 19000-ə yaxın insan ölmüşdür. Göründüyü kimi pensiya yaşı artırıldıqca pensiya almadan ölənləri sayı kəskin artır. Bu artım illər üzrə bərabər qalxmır, artan hər pensiya yaşına ölüm daha çox artır.

Məsələn, pensiya yaşını 55-dən 56-ya qaldıranda əvvəlki illə müqayisədə təxminən 300 nəfər daha çox ölüm olursa, 65-yaşdan 66 yaşa qaldıranda ölüm sayı 300 yox, 1000 artır. Yəni bioloji yaş artıqca ölüm daha çox artır. Bu təxminən həmin qədər insanın bu və ya digər formalı pensiya hüququndan istifadə edə bilmədən dünyasını dəyişməsi deməkdir".

Eldəniz Əmirov hesab edir ki, pensiya yaşının azaldılması ilə bağlı son günlər Milli Məclisdə olan müzakirələr müsbət hal olsa da, reallaşdırılması gözlənilən deyil:

"Ona görə ki, 2027-ci ilə qədər pensiya yaşının artırılması qanunla təsdiqlənib. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılıb 65-ə çatdırılması nəzərdə tutulub. Hazırda kişilərin pensiya yaşı 65 olub, qadınların pensiya yaşı isə 62 il 6 aydır. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə qadınlar üzrə 63 il olacaq.

Beləliklə, azalan hər pensiya yaşı əlavə xərc, artan hər pensiya yaşı isə qənaət deməkdir. Odur ki, yaxın vaxtlarda pensiya yaşının azalması ilə bağlı addımın atılacağı gözlənilən deyil.

O ki qaldı, 65 yaşda pensiyaya çıxan insanın toplanmış pensiya vəsaitinin 144-ə bölünərək 12 il pensiya alacağını hesab etməyə, bunu da bir mənalı qarşılamaq çətindir. Yuxarıda qeyd etdiyim kimi, əgər özümüz hansısa bir statistikanı hesablaya bilmiriksə, rəsmi statistikanı qəbul etməliyik. Odur ki, mən 77 yaş statistikasını inkar etmədən, sadəcə bir müşahidəmi qeyd etmək istəyirəm ki, son bir ildə ölüm xəbərini eşitdiyim insanların orta yaşı heç 70-i keçmir.

İş burasındadır ki, qəbirstanlıqları ziyarət etdiyimiz zaman baş daşları üzərindəki rəqəmlər də rəsmi statistika ilə heç uyuşmur. Düzdür, bu peşəkar yanaşma olmadığı üçün bunu əsas götürmək olmaz, amma müxtəlif fərdlərin müxtəlif regionlardakı müşahidələri çox oxşardırsa, deməli bu haqda düşünməyə dəyər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin son il yarımda ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb

"Nakhısh" MTK-ya 2 protokol tərtib edildi

Belarus dost olmayan ölkə vətəndaşlarına dividentlərin ödənilməsini məhdudlaşdırdı

Putindən Şoyquya qədər - Fransız şirkəti Rusiya hökumət təyyarələrini təchiz edir

Tanınmış iş adamının şirkəti məhkəmə qarşısında

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırdı

"Tesla" avtomobillərinin qiymətləri endirildi

Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi

Bavariyada otellər və restoranlar kütləvi şəkildə bağlanır: "Hökumətdən artıq heç nə gözləmirik"

Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır

"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı (FOTO)

ADA-da COP29-la bağlı forum keçirildi, Prezident iştirak etdi (YENİLƏNİB)

Bakıda məşhur həkim klinikasını satışa çıxardı (FOTO)

Sığorta ödənişinin verilməsi qaydası dəyişib

İsveçrədə Rusiyanın nə qədər aktivinin bloklandığı açıqlandı

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək ®

"İnter Pazarlama" məhkəmə qarşısında

Xankəndidə ilk körpə doğuldu (FOTO)

Xankəndidə ilk körpə doğuldu (FOTO)

JPCERT: Dünyada 200 mindən çox sayt təhlükə qarşısındadır

Xəzərdə yaradılacaq yeni adalar ölkənin hansı iqtisadi potensialına təsir edəcək? (ŞƏRH)

Uzun fasilədən sonra iş həyatına necə qayıtmaq olar?

COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı (FOTO)

Azərbaycanda GES üzrə ilk hərrac elan edildi

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Prezident: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin