BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
18646

“İlk növbədə Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə bağlı məsələsini həll etməliyik. Bunu etməsək, qeyri-neft sektorunun inkişafının təminini gecikdirmiş olacağıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, dövlət büdcəsinin formalaşdırılmasında Milli Məclisin rolunun artırılması çox vacibdir: 

“Yaşadığımız mərhələ büdcənin hər manatına daha ciddi nəzarət etməyin vacibliyini göstərir. Büdcənin nəticəliliyinin artırılmasına nəzarətin gücləndirilməsi lazımdır. Qanunda imkan verilməlidir ki, Hesablama Palatası nəticəliliyə nəzarət etməyə məsul olsun”.

Deputat qeyd edib ki, büdcə zərfinə daxil olan qanunlarda yaşayış minimumu təkmilləşdirilməli və mövcud şəraitə uyğunlaşdırılmalıdır: 

“İkincisi, büdcədə şəhid ailələri və qazilərin problemlərinin həllinə diqqət artırılmalıdır. Qazilərin pensiyası, müalicəsi ilə bağlı problemlər var. Bu problemlərə daha çox diqqət yetirmək lazımdır. Biz yeni - postpandemiya və postkonflikt mərhələsinə keçmişik. Bunların hər birinin öz problemləri var. Ötən əsrdə və bu əsrin əvvəlində qəbul edilən qanunların təkmilləşdirilməsinə böyük ehtiyac var. Xarici investisiyalarla bağlı qanun təkmilləşdirilməlidir. İşğaldan azad olunmuş ərazilərə xarici investisiyaların cəlb edilməsi hazırda bizim üçün çox vacibdir. Bu sahədə bəlkə də yeni qanunun qəbuluna ehtiyac var. Sahibkarlıq fəaliyyəti, qiymətləndirmə fəaliyyəti ilə bağlı qanunlara yenidən baxılmalı, hətta yeni qanunlar qəbul edilməlidir. Qanunlar yeni yaşadığımız dövrün tələbinə uyğunlaşdırılmalıdır”.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin