Sosial
06.08.2021 / 09:43
Bərdədə evində toy təşkil edənlər cərimələndi: Qonaqların sayı çox olub
16651
Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib.
Bu barədə Valyuta.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan xəbər verilib.
Məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər keçirilib.
Bunun nəticəsində şəhər ərazisində, eləcə də rayonun Mollagüllər, Qaraqoyunlu və İmamqulubəyli kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay