05.08.2021 / 16:06
Göyçayda toy təşkilatçıları cərimələndi
16638
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı fərdi evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Bu barədə Valyuta.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Belə ki, rayonun Qaraxıdır kəndində Teymur Həmidov və Dəyanət Səlimova məxsus evlərdə keçirilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı həmin şəxslər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay