DSMF-dən vətəndaşlara xəbərdarlıq: "Vasitəçilər"ə aldanmayın!
Bəzi insanlar vətəndaşları aldadaraq, onları hansısa yollarla sosial müavinət təyin etdirə biləcəklərinə inandırırlar. Vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, bu cür "vasitəçilər"lə işləməsinlər.
Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.
O bildirib ki, ünvanlı dövlət sosial yardımla bağlı elektron qaydada müraciət üçün platforma var:
“Bunun da məqsədi vətəndaş-məmur təmasının aradan qaldırılmasıdır. Elektron müraciət portalı ondan ötrüdür ki, vətəndaş nəinki üçüncü tərəflə, heç məmurlarla da ünsiyyətdə olmasın. Hər kəs bütün qanuni tələblər əsasında sənədlərini hazırlayıb təqdim etməlidir. Çətin prosedur deyil. Vətəncaş öz işi, ailə üzvlərinin gəlirləri barədə məlumatları daxil etməklə müraciət edə bilər. 15 gün müddətində təqdim edilən məlumatlar araşdırılır və həqiqətən də ailənin ehtiyacı varsa, ona ünvanlı dövlət sosial yardımı təyin edilməsi istiqamətində işlərə başlanılır”.
M.Əsgər qeyd edib ki, vətəndaşlar üçüncü tərəflərə inanmamalıdır:
“Çünki onlar qanunvericiliyin tələblərindən yayınmaq üçün müəyyən tədbirlər görür, saxtakarlığa əl atır, saxta sənədlər hazırlayırlar. Görülən bu tədbirlər də nazirliyin əməkdaşlarının apardığı yoxlama nəticəsində ortaya çıxarılır və yardım verilirdisə, dayandırılır. Belə olduğu halda, vətəndaş üçüncü tərəfə ödədiyi vəsaiti də itirmiş olur. Tövsiyəmiz ondan ibarətdir ki, vətəndaşlar qanunvericiliyin tələblərini oxusunlar, əgər orada yazılan tələblərə cavab vermirləsə, ümumiyyətlə müraciət etməsinlər".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay