BAKU Azərbaycan
25.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469
Prokuror 10 il həbs cəzası istədi

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Valyuta.az APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqın başa çatdığı elan edilib.

Prokuror çıxış edərək R. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkil müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Proses avqustun 10-da davam edəcək.

İttihama görə, mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Zakir Sultanovun cinayət işi ayrıca icraata ayrılıb.

Son xəbərlər

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Azərbaycanda vaxtı keçən kreditlərin payı aşağı düşüb

Müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacaq? - TN

Ünvanlı sosial yardım ödəniləcəyi tarix açıqlandı

Avropadakı qaz böhranı neftə tələbatı artıra bilər - PROQNOZ

“Təmiz Şəhər” ASC İnvestisiya Holdinqinin idarəetməsinə verildi - SƏRƏNCAM

Əhali kreditləri plastik kartlarla almağa üstünlük verir

Rusiyada "Aİ-95" markalı benzinin qiyməti rekord həddə çatdı

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərildi

Təbii qazın bahalaşması davam edir

Sürət zəif, qiymət isə baha: İnternet problemi nə vaxt həll olunacaq?

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

Ali məktəblərdə dərslərin təşkili qaydası açıqlandı

Azərbaycanda bu il inflyasiya hədəf diapazonu çərçivəsində qalacaq

Bakıda ağacları qanunsuz kəsənlər axtarışa verildi: Təbiətə böyük ziyan vurublar

Tədrisin başlanması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirildi

Nazirlər Kabineti yeni tədris ilinin başlaması ilə bağlı qərar verdi

"Brent" neftinin qiyməti 75 dolları ötdü

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Bütün xəbərlər