BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
15986

Hər keçən gün yoxluma hallarının çoxalması narahatlıq doğurur. Bu o deməkdir ki, qoyulan qaydalara ciddi əməl edilmir. Elə ötən gün baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədov qərargahın geniş tərkibdə respublika müşavirəsində bu məsələni  qaldırdı.  Müşavirədə xüsusi karantin rejimində şənlik mərasimlərinin - toy, nişan və s. Tədbirlərin keçirilməsi zamanı xüsusi karantin rejimi qaydalarının tez-tez pozulduğunu bildirib. 

 

Bəs aidiyyəti qurumlar belə halların qarşısını almaq üçün hansı tədbirlər görür? 

 

Valyuta.az XezerXeber.az-a istinadən xəbər verir ki, hər gün respublika ərazisində bir neçə şadlıq sarayının qaydaları pozması ilə bağlı faktlar aşkar edilir.

Bu o deməkdir ki, sahibkarlar qoyulan qaydalara ciddi yanaşmırlar. Bəzi restoran sahibləri tərəfindən qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.  Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev deyir ki, aparılan yoxlamalar zamanı ən çox qonaqların sayının çox olması faktlarına rast gəlinir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları Bakıda, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə yoxlamalar aparırlar. 

Qeyd edək ki, bu qaydalara əməl olunmamasının nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur. Prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Restoran inzibatçılar da təsdiq edirlər ki, hər gün müştərilər tərəfindən qonaq sayının çox olması ilə bağlı müraciətlər olur. 

Qeyd edək ki, Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin