Sosial
23.07.2021 / 12:02
Beyləqanda toy sahibləri cazalandırıldı
15978
Beyləqan Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toylar müəyyən edilib.
Bu barədə Valyuta.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Yoxlamalar zamanı “Toğrul Palace” şadlıq sarayında təşkil edilən toy məclisinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi, fərdi yaşayış evində keçirilən digər bir toy məclisində isə qonaqların sayı normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay