BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
15878

Azərbaycanda avtomobillərin kirayəyə verilməsi ilə məşğul olan çoxlu sayda şirkət fəaliyyət göstərir. Bu şirkətlər gündəlik sürmək, həm bölgələrə getmək, həm də əlamətdar günlərdə, xüsusilə də toy-nişan mərasimlərində istifadə etmək üçün avtomobilləri kirayəyə verir.

“Report”un məlumatına görə, şirkətlərin kataloqlarında qənaətcil maşınlardan tutmuş, ən bahalı modellərə qədər müxtəlif avtomobil və avtobuslara rast gəlinir. Daha lüks avtomobillərin kirayəsi də daha baha qiymətə olur. Son on ildə belə şirkətlərin bazar payı xeyli artsa da, ötən ildən pandemiya ilə bağlı tətbiq edilən karantin məhdudiyyətləri onların da işlərində dəyişiklik yaradıb.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Report”a açıqlamasında turizm sektorundakı geriləmənin avtomobil kirayəsi bazarına da təsirindən danışıb: “Azərbaycanda turizm bumu başlayandan sonra “rent a car” şirkətlərinin sayı getdikcə artmağa başladı. Pandemiyaya qədərki dövrdə bu şirkətlərə böyük ehtiyac var idi. Həm daxili, həm xarici turistlər kirayə avtomobillərdən fəal istifadə edirdi. Pandemiya başladığı dövrdə isə xarici turizmdə xeyli zəifləmə oldu. Bu da avtomobil kirayəsi bazarına da təsir göstərdi”.

E.Cəfərovun sözlərinə görə, pandemiyadan sonra “rent a car” şirkətlərinin gəlirləri xeyli azalıb: “Bu gün Azərbaycanın avtomobil kirayəsi şirkətlərinin vəziyyəti o qədər də ürəkaçan deyil və gəlirləri 70 %-ə qədər azalıb. Ümid edirik ki, bu yaydan onların da fəaliyyəti fəallaşar. Bu gün bazarda mühərrik həcmi kiçik avtomobillərin və 7-11 nəfərlik avtobusların kirayəsinə tələbat daha çoxdur.

Ekspert avtomobil kirayəsi qiymətlərinin yayda artdığını qeyd edib:

“Kirayə qiymətləri mövsümi olaraq dəyişir. Yay aylarında qiymətlər artır, qış, yaz və payız aylarında isə stabil olur. Bu gün Azərbaycanda avtomobillərin kirayə qiymətləri o qədər də yüksək deyil”.

“Azərbaycandakı “rent a car” şirkətlərinin bir çoxu öz işlərini beynəlxalq səviyyədə qurur. Hətta beynəlxalq avtomobil kirayəsi şirkətləri də artıq Azərbaycanda fəaliyyət göstərir. Onlar həm onlayn qaydada, həm mobil tətbiq vasitəsilə, həm də bir başa kontaktla işləyirlər”, - deyə E.Cəfərov bildirib.

Paytaxtdakı “rent a car” şirkətlərindən birinin nümayəndəsi Orxan Bünyadzadə də işlərinin zəiflədiyini qeyd edib: “Turist yoxdur deyə işimiz zəifləyib. Əvvəlki illərlə müqayisədə bazarda vəziyyət zəifdir. Toyların açılması bazara elə də güclü təsir göstərməyib. Bölgələrə gediş-gəliş açılsa da, paytaxtdan kənara getmək üçün müraciətlər əsasən bayram günlərində olur. Həftə içi isə avtomobil kirayələyən çox olmur. Bizim əsas müştərilərimiz turistlər olurdu. İndi isə ölkəyə demək olar ki, turist gəlmir. İndiki şəraitdə şirkətin mövcudluğunu qoruyub saxlamağa çalışırıq.

Müsahibimiz bildirib ki, qənaətcil avtomobillərin kirayəsinə tələbat digərlərindən çoxdur:

“İnsanlar əsasən ekonom maşınlara üstünlük verir. Məsələn, “Chevrolet Aveo” modellərinə tələbat var. Onların üç günlük icarə qiymətləri 50-80 manat arasında dəyişir. Əvvəllər qiymət məsafədən asılı olaraq dəyişirdi, indi isə belə deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin