BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
14283

Parlamentin sonuncu iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ikinci oxunuşunda 13 deputat bu sənədin  əlehinə səs verib. Deputatlar qanun layihəsinin tam olmadığı qənaətindədirlər.

Valyuta.az xəbər verir ki, 13 deputatdan biri – Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a narazı aldığı məqamları açıqlayıb.

Deputat deyib ki, əvvəlki illərdə əllilik almış, daha sonra əlilliyi ləğv edilmiş şəxslərin sayı həddindən çoxdur:

“Bu müddətdə 17 mindən çox əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib. Ola bilər ki, bundan əvvəlki nazirin dövründə saxtakarlıq edilib, qanunsuz əlillik və pensiya təyinatı aparılıb. Amma insanların gəliri kəsilirsə, onların iş, dolanışıq məsəslələrini həll etmək lazımdır. Digər tərəfdən, islahat aparılan zaman onun maliyyə tutumu müəyyən edilməlidir. İslahat, maliyyə tutumu, insanların həyat şəraitinə müsbət dəyişiklik gətirəcəksə, onu təsdiqləməkdə heç bir problem yoxdur. Amma biz 3 əlillik dərəcəsini ləğv edib faizlər müəyyən edirik. O fazilərin müəyyən edilməsində də problemlər yarana bilər. Yaranmayacağına kim təminat verə bilər?”.

Parlamentari aparılan müzakirələrə rəğmən, qanun layihəsinin qənaətbəxş olmadığını diqqətə çatdırıb:

“Biz bu məsələni geniş müzakirə etdik, həm plenar iclasda, həm komitə iclasında. Parlamentin sədrinin göstərişinə uyğun olaraq, sədrin müavinləri, Aparat rəhbəri, komitə sədrləri müzakirələrdə iştirak etdi. Amma bununla belə, mən öz fikrimdəyəm ki, bu dəqiqə ciddi və kəskin dəyişikliyə səbəb olacaq islahata ehtiyac yoxdur.

Biz 44 günlük müharibədən qələbə ilə çıxmış insanları daha da ruhlandırmalıyıq. Bir daha vurğulayıram, söhbət saxta əlillik təyinatının ləğvindən getmir. Biz də bu cür hallara qarşıyıq. Əgər həmin şəxsin əlilliyi həqiqətən yoxdursa, o zaman işlə təmin olunsun. Vətəndaş nə ilə dolansın?! Bunun üçün xüsusi proqram işlənib hazırlanmalıdır. Biz ümumiyyətlə deyirdik ki, əlillik dərəcəsinin ləğvi və s. kimi məsələlər paket formasında olsun. Çünki layihə özündə müsbətə doğru dəyişikliyi ehtiva etmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycana gətirilməsi üçün aldıqları maşınlar Potidə qaldı - İş adamı həbs edildi

Azərbaycan banklarının xalis mənfəəti 313 mln. manata çatıb

Bu marşrut xətti “BakuBus”a verildi

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Beynəlxalq Valyuta Fondu COP29-a görə Azərbaycana dəstək göstərməyə hazırdır

Füzulidə səsgücləndirici ilə icra başçısını söyən şəxs kimdir? (TƏFƏRRÜAT)

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? (VİDEO)

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar (VİDEO)

Xaricdən əczaçılıq məhsulları alışımız 70 milyon dollar azalıb

Sabah 30 dərəcə isti olacaq

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb - 18 məsələ

Dövlət Neft Fondu I rübdə 5,26 milyard dollar gəlir əldə edib

Azərbaycan nefti dünya bazarlarında neçəyə satılır?

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını artırıb

BVF: Qlobal iqtisadiyyat gözlənildiyindən daha dayanıqlı olub

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 25%-dək artıb

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin