Əlilliklə bağlı daha bir iddiaya aydınlıq gətirildi
Əlilliyin qiymətləndirilməsi qaydalarında 2015-ci ildə dəyişiklik aparıldığı, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayının azaldıldığı barədə yayılan məlumatlar tam əsassızdır.
Bu barədə Valyuta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, əlilliyin qiymətləndirilməsi qaydalarında belə bir dəyişiklik, əlillik təyinatına əsas yaradan xəstəliklərin sayında heç bir azalma olmayıb:
“Əksinə, Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23-ü əlavə edilib. Siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb. Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay