BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
13790

"Qlobal trendləri nəzərə alsaq, Azərbaycanda pensiya yaşının azaldılması məntiqli olardı".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin Azərbaycanda pensiya yaşının aşağı salınması ilə bağlı təklifini şərh edərkən deyib. Onun sözlərinə görə, pensiya yaşını artırmaqla iş yerləri ilə bağlı yarana biləcək problemlərin qarşısı alınıb:

"Əslində Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı qərar bu yaxınlarda qəbul olunub. Bəlli bir alqoritm də hesablanmışdı, hər il pensiya yaşı 6 ay artırılırdı. Hədəf olaraq 65 yaş kişilərdə, 63 yaş isə xanımlarda pensiya yaşının götürülməsi nəzərdə tutulurdu. Doğrudan da  Azərbaycanda yaşam yaşının çox da yüksək olmadığını nəzərə alsaq, təqaüdə çıxıb və sonradan uzun müddətə pensiya alan vətəndaşların sayı inkişaf etmiş ölkələrə nisbətən xeyli azdır. Əvvəllər pensiya yaşının artırılmasının məntiqi ondan ibarət idi ki, iş yerləri ilə bağlı müəyyən problemlər yaşanır, demoqrafik dalğaları nəzərə alaraq pensiya yaşını artırmaqla iş yerlərində boşluqların qarşısını alınmağa çalışılır. Yəni dünyada da belə bir trend var idi. Bu trend bəzi Avropa ölkələrində bu gün də var və anlaşılandır. Orada doğuş səviyyəsi aşağıdır, demoqrafik vəziyyət çətindir".

Natiq Cəfərlinin fikrincə, Azərbaycanda belə bir problem yoxdur:

"Bizdə işçi qüvvəsi deyil, əksinə işsizlik problemi var. Çoxlu sayda insan işsizdir. Ona görə pensiya yaşının Azərbaycanda artırılması ancaq Sosial Müdafiə Fondunun vəsaitlərinə qənaət edilməsi kimi anlaşılır ki, bu da doğru yanaşma deyil. Ola bilər ki, hökumətdə yeni təkliflər hazırlanır. Bununla bağlı rəsmi məlumatlar yoxdur. Amma belə bir təkliflə çıxış eləsələr, pensiya yaşını aşağı salsalar, bu, Azərbaycan reallığında normal qarşılanmalıdır. Bizdə pensiya yaşının yuxarı qaldırılmasına ehtiyac yoxdur".
  
Natiq Cəfərli növbəti bir məsələnin qlobal trend olduğunu vurğulayıb:

"Ümumiyyətlə, dünyada əl əməyindən istifadə, işçilərin istifadəsi getdikcə azalacaq. Yeni texnologiyaların iqtisadiyyata cəlb olunması dünyada əmək bazarında vəziyyətin yaranmasına səbəb olacaq və çoxlu sayda işci qüvvəsinə ehtiyac qalmayacaq. Ona görə dünyada həftədə 3 günlük iş rejiminə keçməklə bağlı bir çox ölkələrdə müzakirələr gedir. Hətta bəzi ölkələrdə də bunun tətbiqinə başlanılıb".

Qeyd edək ki, Milli Məclisin iclasında "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev pensiya yaşı ilə bağlı təklif səsləndirib. O, "Azərbaycanda orta yaş aşağıdır. Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır", - deyə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin