BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
13623

"Müharibə əlillərinin sosial müdafiəsi tədbirlərindən biri də onların avtomobillə təmin edilməsidir. Minik avtomobili dayaq-hərəkət aparatının funksiyası kəskin pozulan və orqanizmin digər sistemlərinin hərəkətini çətinləşdirən patologiyaları olan müharibə əlillərinə reabilitasiya vasitəsi olaraq verilir".

Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, son illərdə, eləcə də, Vətən müharibəsindən sonrakı dövrdə də qanunvericilikdə bu yanaşma ilə bağlı hansısa dəyişiklik olmayıb:

"Yəni müharibə əlilinə yalnız əlillik səbəbindən hərəkət fəaliyyətinin kəskin məhdudlaşdığı halda minik avtomobili verilməsi qaydası qüvvədə qalır. Hətta Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli qərarı ilə əlilliyi olan şəxslərə daha bir qayğı kimi, onlara, həmçinin müharibə əlillərinə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısına 23 yeni reabilitasiya vasitəsi də əlavə edilib".

Qeyd olunub ki, siyahıda həmin reabilitasiya vasitələri növlərinin sayı 57-yə çatdırılıb:

"Onlara yüksək texnologiyalı protezlər, mühərrikli təkərli oturacaqlar və s. də verilməsi nəzərdə tutulub ki, bu sahədə ardıcıl işlər aparılır. Məsələn, Vətən müharibəsi qazilərindən artıq 25 nəfəri son texnologiyalar əsasında hazırlanmış protezlərlə təmin olunublar və bu sahədə işlər davam etdirilir.

Eyni zamanda, yeni qaydalarda müharibə əlillərinə minik avtomobili üçün tibbi göstəriş verilməsi şərtləri də qətiyyən məhdudlaşmayıb və tibbi göstəriş verilməsi üçün müəyyən edilmiş xəstəliklər siyahısında azalma yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 7200-dən çox, o cümlədən, son üç ildə 1257 müharibə əlilinə avtomobil təqdim edilib. Cari ildə də bu proses davam edəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin