BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8109
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0521
  • 1 İngiltərə funt sterlinqi
    2.0991
12178

Nazirlər Kabinetinin "Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 21 oktyabr tarixli 336 nömrəli və "Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə” qərarlarında dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Belə ki, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin, qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin, bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması, Qrant müqavilələrinin, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin "Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununlarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilib.

Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.

Bildirilib ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi.

Dəyişiklikdən sonra sənədlərin təqdim olunması həm kağız daşıyıcılarla həm də elektron qaydada aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı (FOTO)

Azərbaycanda GES üzrə ilk hərrac elan edildi

Sair büdcə daxilolmaları 3 dəfə artıb

Azərbaycanın xarici dövlət borcu açıqlandı

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Oxuduğumuz kitab sayı aldığımız maaşın məbləğinə təsir edir?

Prezident: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir

QIWI-ni 2024-cü ilin sonuna qədər ciddi itkilər gözləyir

“Dojd” telekanalının baş direktoru dəyişdi

ADA-da COP29-la bağlı forum keçirilir, Prezident iştirak edir

Azərbaycanda siqaret istehsalı üçün yerli xammaldan istifadə şərt olacaq

Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir

Bakıda 29 dərəcə isti olacaq

Yeni dövlət rüsumu müəyyənləşir

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

İş təklifini rədd etmək üçün 7 səbəb

Süni torpaq sahələrində sahibkarlara güzəşt və təşviqlər tətbiq edilə bilər

Azərbaycan Prezidenti ukraynalı həmkarını COP29-a dəvət etdi

Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Mərkəzi Bankdan Azərbaycan Sahibkarlar Konfederasiyasına transfer

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv edilir

Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?

Fürsətlər haradadır?

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

"Bank VTB Azərbaycan"ın aktivləri 6 milyon manatdan çox azalıb

Bitcoin bahalaşıb, Etherium ucuzlaşıb- Kriptovalyutaların qiymətləri

Üç ayda xaricdən 20 milyon dollarlıq düyü almışıq – Qiyməti nə qədər bahalaşıb?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin