BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
12158

Qarşıdan çimərlik mövsümü gəlir və bu yay çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, keçən il yay aylarında nəinki ölkəmiz, bütün dünya qarşılaşdığı bu problemin yarada biləcəyi fəsadların həcmi haqqında heç bir fikrə sahib deyildi:

“Heç bir ölkənin bu problemlə mübarizədə istifadə edəcəyi resurslar haqqında ətraflı məlumatı olmadığı üçün, əksər ölkələr, eləcə də Azərbaycanda sərt karantin rejimi tətbiq olundu və məhdudiyyətlər sırasına çimərliklərin də qapanması daxil idi.

Əlbəttə, nəzərə almaq lazımdır ki, məhz o məhdudiyyətlər sayəsində hökumət və qurumlar hazırlıq işlərini görmək və gələcəkdə ola biləcək böyük dalğalar qarşısında önləyici tədbirlər almaq üçün imkanlar qazandı".

Onun sözlərinə görə, amma bu il yay ayları yaxınlaşdıqca dünya səhiyyə ekspertləri tərəfindən də proqnozlaşdırılan odur ki, epidemioloji vəziyyətin sabit qaldığı ölkələrdə çimərliklərə qadağa qoyulmasına ehtiyac qalmayacaq:

"Digər tərəfdən bir çox təsirdən bu virusun qısa müddət içərisində yox olduğunu göstərən tədqiqatlar var. Bu təsirlər içərisində duzlu suyun, eləcə də istiliyin virusun yayılmasını artırmadığı, hətta azaltdığı ehtimal olunur. Bütün bunları nəzərə alan hökumətlər, eləcə də ölkəmizin aidiyyatı qurumları yəqin ki, yay aylarında, epidemioloji vəziyyət imkan verdiyi müddətcə çimərliklərin açılmasına qərar verə bilər. Cəmiyyətin də verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməsi vacib şərtlərdən biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin