BAKU Azərbaycan
12 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Hesablama Palatası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair apardığı auditin nəticəsini açıqlayıb.

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir ki, audit respublikanın regionlarında subartezian quyularının layihələndirilməsi və tikintisi üçün aparılıb.

Audit nəticəsində “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsi ilə Ağdam rayonunda 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 35 subartezian quyusunun layihələndirilməsi və qazılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan 2500,0 min manat məbləğində vəsaitdən yalnız 700,0 min manat məbləğində maliyyələşmənin açılaraq icra olunması, qalan 1800,0 min manat məbləğində vəsaitin isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 noyabr tarixli 647 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olmayaraq (vəsaitin mənbəyi və maliyyələşdirildiyi il) 2019-cu ilin dövlət büdcəsinin “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsində nəzərdə tutulmuş “İslahatlarla bağlı xərclər”dən açılması ilə bağlı Maliyyə Nazirliyinə məlumat verilib.

Eyni zamanda əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə subartezian quyularının yeri və sayı barədə təkliflər hazırlanarkən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanının tələblərinə qismən əməl edilmədiyi, su çatışmazlığına görə bələdiyyə və əhali qruplarının şikayət və təklifləri üzrə dəqiq araşdırmaların aparılmaması, subartezian quyularının layihələndirilməsi zamanı quyu yerlərinin müəyyən edilməsinin Azərbaycan Respublikası Prezidentinin sərəncamlarında qoyulan məqsədlərə və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olmaqla daha çox su istehlakçılarının suya olan tələbatının ödənilməsinə və suya olan əlçatanlığın təmin edilməsinə, eləcə də texniki və hidrogeoloji şəraiti tam öyrənilməklə həyata keçirilməsinə ciddi nəzarət olunması ilə bağlı - Ağdam, Bərdə, Goranboy, Tərtər və Şəmkir rayonlarının icra hakimiyyətlərinə müraciət olunub.

Hesabat ilində, həmçinin, ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış Komissiyanın fəaliyyətinə dəstək göstərilməsi, əsaslı nəticələrin qəbulu məqsədilə müxtəlif mənbələr əsasında məlumatların müqayisəli təhlilinin təmin olunması üçün Azərbaycan Respublikasında 2015-2017-ci illərdə qazılmış subartezian quyularının layihələndirilməsi və tikintisinin vəziyyəti barədə Hesablama Palatası tərəfindən aparılmış təhlil əsasında tərtib edilmiş arayış Nazirlər Kabinetinə təqdim edilib.

Son xəbərlər

Azərbaycanda geniş pul kütləsi bu il rekorda çatacaq - BVF

Yaxın iki ildə daha 6 827 ailə mənzillə təmin ediləcək - MİDA

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

Türkiyə və Liviya arasında neft-qaz anlaşması

İki sabiq icra başçısının həbs müddəti uzadıldı

Daha 7 sahibkara Rusiyaya pomidor ixracına icazə verildi

Nazirlik millət vəkilinin oğlunu məhkəməyə verdi - "Relax"ın sonu? (FOTO)

"Qeyri-neft ixracı 16% artıb" - Mikayıl Cabbarov

Rusiyanın elektrik enerjisindən imtina...

Heydər Əliyev Beynəlxalq Aeroportu ən yüksək reytinqə layiq görüldü

Arif Qaraşov Eldar Mahmudovun qızını məhkəməyə verdi - Mülk davası

Nazir özünə daha bir müşavir təyin etdi

Azərbaycan martda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib

"A-Qrup Sığorta"nın sədri dəyişdi - FOTO

Sahil Babayevin

Sahil Babayevin "sevimlisi" növbəti tenderi uddu - “Nur-SS”lə bağlı müəmma

Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. - AÇIQLAMA

Üç bölgədən quş ətinin gətirilməsinə qadağa qoyuldu

Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM

Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM

DİN-dən açıq havada maska kampaniyasına CAVAB

Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib

Bütün xəbərlər