Sığorta
28.01.2025 / 16:31
Ötən il sığorta ödənişləri 165 milyondan çox artıb
63964
Ötən Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 353 milyon 185 min manat sığorta haqqı toplanılıb.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 130 milyon 648 min manat və ya 10,6% çoxdur. 2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1 milyard 222 milyon 537 min manat sığorta haqqı toplanılıb.
2024-cü ildə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752 milyon 712 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 165 milyon 387 min manat, yaxud da 28,2% çoxdur.
2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 587 milyon 325 min manat sığorta ödənişi edilib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay