Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta"nın lisenziyasını könüllü müraciət əsasında ləğv edib.
Bu barədə Valyuta.az-a AMB-dən bildirilib. Qeyd edilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilib.
""Bakı Sığorta" ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq", - deyə AMB-dən əlavə edilib.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun səhmlərinin 93,32%-i “Bank Respublika”ya, 6,68%-i isə “Ekolizinq” MMC-yə aiddir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay