“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma
"İpək Yolu Sığorta" şirkətinin yığımları 2024-cü ilin ilk on ayında azalmaqda davam edib.
Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin yanvar-oktyabr aylarında cəmi 5,31 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3 dəfə və ya 10,24 milyon manat azdır. 2023-cü ilin ilk on ayında şirkət 15,55 milyon manat sığorta haqqı toplaya bilmişdi.
"İpək Yolu Sığorta"nın ödənişləri isə bu ilin ilk on ayında 43,1% artaraq 247 min manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 173 min manat təşkil edib. Sığorta şirkəti ötən ay hər hansı bir sığorta ödənişi həyata keçirməyib.
Şirkətin yığımlarının azalması fonunda ödənişlərinin artması onun zərərliliyinə nisbətən mənfi təsir edib. Sığorta şirkətinin zərərliliyi son bir ildə 1,1%-dən 4,7%-ə qədər yüksəlib. Yəni, şirkət ötən ilin birinci rübündə topladığı sığorta haqqının hər 100 manatından 1,1 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 4,7 manata kimi artıb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay