BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8255
  • RUB
    0.0174
  • TRY
    0.0497
  • GBP
    2.1967
57110

AzərbaycandaAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydası”nı təsdiq edib.

Valyuta.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Məlumata görə, sığortaçılar və sığorta vasitəçiləri müvafiq fəaliyyət üzrə lisenziya aldığı tarixdən, aktuarilər isə attestasiyadan keçərək aktuari şəhadətnaməsi aldıqdan dərhal sonra reyestrə daxil ediləcək.

Müstəqil ekspertlər, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər, xarici sığorta brokerləri və onların Azərbaycandakı nümayəndəlikləri qaydaya uyğun olaraq Reyestrə daxil edilməsi barədə qərarın qüvvəyə mindiyi tarixdən reyestrə daxil ediləcəklər.

Fiziki şəxs olan müstəqil ekspertlər müstəqil ekspert sertifikatında göstərilən sahə, hüquqi şəxs olan müstəqil ekspertlər isə onların əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə üzrə reyestrə daxil ediləcək.

Mərkəzi Bank sığorta bazarı iştirakçılarının sənədlərinə təqdim edildiyi tarixdən 30 gün müddətində baxacaq.

Bundan başqa, sığorta bazarının peşəkar iştirakçılarının reyestrdən çıxarılması halları müəyyənləşdirilib.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Baydendən Trampa "miras" - 1 ayda 257 milyardlıq büdcə kəsiri

"Nokia" vaxtilə 1 milyard dollar dəyərində olan "Rapid" şirkətini satın alıb

2024-cü ildə texnologiya sahəsində aparılan ixtisarların siyahısı

Çinin daha bir böyük şirkəti ödənişləri "Bitcoin" ilə qəbul edəcəyini açıqladı

Gürcüstanın xarici ticarət dövriyyəsi 10 ayda 19 milyard dolları ötüb

"İş dünyasının ən güclü 100 insanı" açıqlandı - "Fortune" jurnalı

"Nvidia App" "Beta" mərhələsindən uğurla çıxaraq ümumi istifadəyə verildi - Yeni xüsusiyyətləri

İran və Rusiyadan ödəniş sistemlərini birləşdirmək qərarı

İran və Rusiyadan ödəniş sistemlərini birləşdirmək qərarı

"Apple"dan yeni süni intellekt dəstəkli "ağıllı ev" planşeti - Detallar və qiyməti

Tramp və Bayden Ağ Evdə görüşüb - FOTO

GM yarım milyona yaxın avtomobili geri çağıracaq

"Bitkoin"də yeni rekord: 91.000 dolları keçdi

“Kapital Bank” COP29-da iştirakını davam etdirir®

ABŞ-da inflyasiya göstəriciləri açıqlandı

"Tesla" "Cybertruck"ı bu il altıncı dəfə geri çağırır

Rusiyada "ölülərlə" kredit müqaviləsi bağlayıb milyonlarla pul ələ keçirildi

"Avro bölgəsi"ndə investor etimadı azalıb - Son rəqəmlər

"Avro bölgəsi"ndə investor etimadı azalıb - Son rəqəmlər

Nazir: Yaxın günlərdə “yaşıl inkişaf” portalı istifadəyə veriləcək

COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb

Azərbaycan yeni metro stansiyaları tikmək üçün xaricdən kredit ala bilər

Rusiya milyarderləri narahatdır - Müharibə dayansa da, sanksiyalar aradan qaldırılmayacaq

Məşhur kriptovalyuta birjası 12 yeni altkoin əlavə edəcəyini açıqladı - SİYAHI

Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir

İlham Əliyev və Şavkat Mirziyoyev Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər

İlham Əliyev Toqo Prezidenti ilə görüşüb

Məşhur Quba alması dəyərdən düşüb: "Hər hektardan 3-4 min manat ziyandayıq"

Bakıda şəhərsalma sahəsinə cavabdeh nazirlərin iclası təşkil ediləcək

“Bakıda yerüstü relsli nəqliyyat ola bilər”

Yaponiya tarixində ən böyük satılma həyata keçə bilər: 47 milyard dollar təklif edildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin