Redaktor
Sığorta şirkətlərinin gəliri 16 milyon manat artıb
2024-cü ilin birinci yarımilliyində sığorta sektorunun xalis mənfəəti 98 milyon manat olub.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Məlumata görə, 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin birinci yarımilliyində sığorta sektorunun xalis mənfəəti 20% (16 mln.manat) artaraq 98 mln. manat olub.
Qaytarılan sığorta haqlarının və işlərin aparılması xərcləri fonunda həyat sığorta şirkətləri üzrə mənfəətlilik 5 mln. manat azalaraq 41 mln.manat, qeyri-həyat sığorta şirkətləri üzrə mənfəətlilik 9 mln. manat artaraq 41 mln.manat, təkrarsığorta şirkəti üzrə mənfəətlilik 12 mln. manat artaraq 15 mln. manat olub.
Əvəz Həsənov