![](https://valyuta.az/file/articles/2024/04/16/1713251359_1713168693_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-recovered.jpg)
Sığorta
16.04.2024 / 10:55
Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"
46264
Azərbaycanda son 3 ildə sığorta sektorunun aktivləri 34,2 % artıb.
Valyuta.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"O cümlədən, sektorun balans kapitalı 7,7 % artıb. Bundan başqa, son 3 ildə ölkədə sığorta haqları 67,8 % artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26,3 % artaraq 587 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 1 % keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2 %-ə çatdırmaq mümkündür", - deyə o qeyd edib.
© Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay