BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8516
  • 1 Rusiya rublu
    0.0178
  • 1 Türkiyə lirəsi
    0.0496
  • 1 İngiltərə funt sterlinqi
    2.2181
45360

Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC 2023-cü ili 57,2 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 3 dəfə azdır.

Valyuta.az bu barədə müştərək sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir. Qeyd edək ki, "Aqrar Sığorta" 2022-ci ili 170,15 min manat xalis mənfəətlə bitirmişdi.

Hesabat dövründə, “Aqrar Sığorta”nın əsas əməliyyat gəlirləri 0,05% artaraq 17,34 min manata bərabər olub. Bu dövrdə, “Aqrar Sığorta” sair gəlirləri isə 79,3 min manatdan 2,26 milyon manata qədər yüksəlib.

Sığorta şirkətinin investisiya yanaşması isə 2022-ci illə müqayisədə o qədər də uğurlu olmayıb. Belə ki, müştərək sığorta şirkətinin investisiya gəlirləri 2022-ci illə müqayisədə 11,8 min manat azalaraq ötən 83,55 min manata enib. 2022-ci ildə “Aqrar Sığorta”nın investisiya gəlirləri 95,34 min manat olub.

Bundan əlavə, sığorta şirkətinin xalis sığorta ehtiyatlarını 8,3 milyon manat artırması onun cəmi gəlirlərinə mənfi təsir edib. Nəticədə şirkətin cəmi gəlirləri 35% və ya 6,1 milyon manat azalaraq 11,38 milyon manata enib.

Daha ətraflı

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 45,3% azalaraq 8,84 milyon manata, sığorta ödənişləri 84% artaraq 4,4 milyon manata, işlərin aparılması xərcləri isə 2,2 dəfə artaraq 2,46 milyon manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 35% azalaraq 11,3 milyon manat təşkil edib.

2023-cü ildə “Aqrar Sığorta”nın maliyyə mənfəəti illik müqayisədə 66% azalaraq 74,2 min manata enib.

Bununla belə, sığorta şirkəti ötən il böyüyüb. Belə ki, 1 yanvar 2024-cü il tarixinə “Aqrar Sığorta”nın cəmi aktivləri 18% artaraq 14,4 milyon manata, cəmi öhdəlikləri isə 23,6% artaraq 11,98 milyon manata yüksəlib. Sığorta şirkətinin cəmi kapitalı isə 5% azalaraq 2,38 milyon manata enib.

Leyli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Benfika” klubu korrupsiyada ittiham edilib - Detallar

Avrozonada sənaye istehsalı rekord səviyyəyə yüksəldi

"Microsoft" məhkəmədə oyunçularla razılığa gəldi

Rusiyanın Hindistana kömür tədarükü kəskin azaldı

Aİ Ukrayna ərazisindən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır

AP Ukraynaya Rusiya aktivləri hesabına 35 milyardın verilməsini dəstəklədi

Moldova siqaret və tütün çubuqlarına müxtəlif aksiz dərəcələri tətbiq etdi

Bütün əmlakını nişanlısının adına keçirən milyonçu müflis oldu

Ağdamın “Çay evi” bərpa olunacaq

Bu avtomobilləri artıq telefonla açmaq olacaq

Avtomobillərin utilizasiyası prosesinə niyə başlanmır? (VİDEO)

“Lufthansa” yəhudi sərnişinlərə görə 4 milyon dollar cərimələnib - Detallar

"Apple" mağazalarında "MacBook Pro"lar tükənir

"Azaqro Holdinq"lə dövlət qurumu arasında 102 minlik vergi qalmaqalı

Paytaxtın drenaj sistemləri yağışlı havalara hazırdırmı? (VİDEO)

Sabah bu ərazilərdə qaz olmayacaq

Cəlilabadda zəlzələ qeydə alınıb

Rusiya "Shell"dən 1 milyard avro təzminat tələb edir

2026-cı ildə çıxacaq "iPhone 18"in ilk detalları məlum oldu

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Parlamentin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

ATU yarım milyonluq elektrotexnika alır

Türkiyə böyük məbləğdə vergidən yayınanların axtarışına başladı

Əli Əhmədovun bacısı oğluna yeni vəzifə verildi (FOTO)

"Bakı Telefon Rabitəsi" məhkəməyə verilib

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI

Almaniyanın dörd əyaləti "Volkswagen" fabriklərinin saxlanmasını tələb edir

"Vergi Məsləhətçiləri" cərimələnə bilər

Laçında nağıl kimi küçə: tramvay, kanat, qalareya...

Ölkəmizdə texniki baxış ləğv oluna bilərmi?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin