3,7 milyonluq azalma: “İpək Yolu Sığorta” 7 ayda 14 milyon toplayıb
2023-cü ilin yanvar-iyul aylarında hava nəqliyyat vasitələrinin sığortası üzrə ixtisaslaşan "İpək Yolu Sığorta" şirkət 14,7 milyon manat sığorta haqqı toplayıb.
"Yeni Sabah"ın hesablamasına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 3,7 milyon manat olub. 2022-ci ilin ilk yeddi ayında "İpək Yolu Sığorta" 18,4 milyon manat sığorta haqqı toplaya bilmişdi.
Yığımların azalması fonunda sığorta şirkətinin ödənişlər cüzi artıb. "İpək Yolu Sığorta"nın sığorta ödənişləri 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə bu ilin yeddi ayında 6,7% və ya 7 min manat artaraq 110 min manata yüksəlib. 2022-ci ilin eyni dövründə bu rəqəm 104 min manat təşkil edib.
2022-ci ilin ilk yeddi ayında "İpək Yolu Sığorta" topladığı hər 100 manatdan 0,6 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 0,8 manat təşkil edib. Başqa sözlə, sığorta şirkətinin ödəniş-yığım nisbəti cüzi artıb.
Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay