Sığorta şirkəti icra nümayəndəsini məhkəməyə verdi
Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi məhkəməyə verilib.
Valyuta.az xəbər verir ki, iddiaçı “Azsığorta” ASC-dir.
Şirkətin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.
ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır.
Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayevdir.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay