Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib
2023-cü ildə dünyanın ən böyük silah istehsalçılarının gəlirlərində kəskin artım qeydə alınıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun ("SIPRI") məlumatına görə, silah satışından əldə edilən gəlirlər ötən il 632 milyard dollar təşkil edib və bu da 2022-ci illə müqayisədə 4.2 % çoxdur.
Valyuta.Az-ın məlumatına əsasən təşkilatın ekspertləri bildirir ki, bu tendensiya cari ildə də davam edir. Şirkətlər gələcəyə nikbin baxır və yeni işçilər cəlb edir. İnstitutun araşdırmasına əsasən, silah satışından gəlirlər bütün dünya regionlarında artıb.
Bunun əsas səbəbi hazırki münaqişələr (məsələn, Qəzza zolağında) və potensial toqquşmalarla bağlı narahatlıqlardır. Bir çox ölkələrin orduları yenidən silahlanır, bəzi regionlarda, məsələn, Şərqi Asiyada gərginlik artır.
2023-cü ildə ABŞ-dan olan və ən böyük 100 silah istehsalçısı siyahısına daxil olan 41 şirkət ümumilikdə 317 milyard dollar qazanıb. Bu, reytinq iştirakçılarının ümumi gəlirlərinin demək olar ki, yarısını təşkil edir. Şirkətlərin əksəriyyəti istehsalı artırsa da, siyahının liderlərində azalma qeydə alınıb. "Lockheed Martin" və "RTX" şirkətlərindəki geriləmə təchizat zəncirindəki problemlərlə izah edilir.
Rusiya şirkətləri də reytinqdə yer alıb, lakin institutun analitikləri bildirir ki, yerli bazarı qiymətləndirmək çətindir, çünki bir çox müəssisələr məlumat yaymır. "Rostex" silah satışından gəlirlərini 21,7 milyard dollara, Birləşmiş Gəmiqayırma Korporasiyası isə 3,8 milyard dollara çatdırıb.
Avropadan olan 27 şirkət 122 milyard dollar, Asiya və Okeaniyadan olan şirkətlər isə 136 milyard dollar gəlir əldə edib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay