BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7814
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1415
60231

Məlum olduğu kimi, bir müddət əvvəl dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınması məsələsi parlamentdə müzakirəyə çıxarıldı və ikinci oxunuşdan keçdi. Hansı dərman qruplarının sığorta hesabına veriləcəyi, vətəndaşların dərmanları hansı qaydada əldə edə biləcəkləri, siyahı hazırlanarkən nəzərə alınan meyarlar maraq doğurur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu və digər məsələlərlə bağlı sualları cavablandırıb:

– Hansı dərman qrupları sığorta təminatına daxil ediləcək?

Bildiyiniz kimi, Nazirlər Kabinetinin 318S nömrəli, 14 aprel 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əczaçılıq sahəsinin tənzimlənməsinin təkmilləşdirilməsi barədə” dövlət tədbirlər planı qəbul olunub. Həmin sərəncamın bir tələbi də ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta çərçivəsində qarşılanması məsələsi idi. Agentlik bu sahədə “İcbari tibbi sığorta” haqqında qanuna dəyişiklik layihəsi hazırlayıb. Dəyişiklik layihəsi dövlətin digər əlaqədar qurumları ilə razılaşdırılaraq dövlətə təqdim olunub. Hazırda qanuna dəyişiklik layihəsi Milli Məclisdə oxunuş mərhələsindədir.

Qanun layihəsinin təsdiqindən sonra mərhələli şəkildə əvvəlcə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi xəstəliklərinin, növbəti mərhələdə isə, tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərman vasitələri sığorta təminatına alınacaq. Bu davamlı bir prosesdir. Digər xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri də mərhələli şəkildə Xidmətlər Zərfinə əlavə olunaraq təkmilləşdiriləcək və genişləndiriləcək.

– Dərmanların siyahısı hazırlananda hansı meyarlar əsas götürülür?

Birinci, əhalinin həmin dərman vasitələrinə maliyyə xərci nəzərə alınır. Yəni, əhali bu dərmanlara nə qədər vəsait xərcləyir, məsələn, keçən ilin satışlarına baxıb, ilk onluqda hansı dərmanların olduğu müəyyənləşdirilir. İkincisi, pasiyentlərin sayına baxılır, ölkədə nə qədər ürək-damar xəstəliyindən, yaxud həzm sistemi xəstəliklərindən əziyyət çəkənlərin statistikası müəyyənləşdirilir. Burada artıq pasiyentlərin sayı rol oynayır. Üçüncüsü, tibbi müraciətlərin sayı və onlara çəkilən sığorta xərcləri nəzərə alınır.

Sözügedən dəyişiklik layihəsi Milli Məclisdə təsdiqləndikdən sonra tənzimləyici qaydalar hazırlanacaq. Xidmətlər Zərfinə dərman vasitələrinin salınması, çıxarılması, pozitiv siyahıların hazırlanması, şərti kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi qaydaları, özəl apteklərlə müqavilələrin nümunəvi formaları olacaq.

– Pasiyentlər dərmanları necə əldə edə biləcəklər?

Bu qərar bütün ölkə vətəndaşlarına şamil olunacaq. Vətəndaş həkimə müraciət edib və diaqnoz qoyulubsa, xəstəliyin müalicəsində istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə və siyahıya uyğun olaraq veriləcək. Dərmanlar elektron resept vasitəsilə təyin olunacaq. Yəni elektron reseptlər vasitəsilə təyin olunmuş dərman vasitələrini pasiyentlər özəl apteklərdən ala biləcəklər. Bu yenilikdir, özəl apteklərlə Agentlik arasında müqavilələr bağlanacaq. Müqavilələr əsasında maliyyələşdirmə həyata keçiriləcək. Görülmüş tədbirlər nəticəsində ölkə əhalisinin dərman vasitələrinə maliyyə xərcləri azalacaq. Dərman vasitələri icbari tibbi sığorta təminatına alındığından xəstə dərmana vəsait xərcləməyəcək, xərcləri azalacaq. İkincisi, əhalinin sağlamlıq və həyat keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən dərman vasitələrinə əlçatanlıq təmin ediləcək.

Həmçinin həmin istiqamətlər üzrə Agentliyin xərcləri azalacaq. Ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərmanları maliyyələşdirdikdə həmin xəstəliklər üzrə həkimə müraciətlər və ağırlaşmalar az olacaq. Nəticədə stasionar yatışlar azalacaq, ürək əməliyyatlarına göstərişlərin sayı azalacaq. Xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri həmin qrup xəstələrin həm sağlamlıq göstəricilərinin, həm də həyat keyfiyyətlərinin yaxşılaşmasına səbəb ola bilər.

– Bəzi dərmanların tərkibi eyni olsa da, qiymətləri fərqlidir. Yəni firma və apteklərdən asılı olaraq fərqli qiymətlər müəyyənləşdirilib. Bəs bu məsələ necə tənzimlənəcək?

Dərman vasitələri Tarif Şurası tərəfindən qiymətləndirilir. Eyni təsiredici maddə tərkibli, eyni dozada olan dərman vasitələri müxtəlif qiymətlərdə ola bilər. Yeni layihədə bu məsələnin tənzimlənməsi təklif olunmuşdur ki, burada dərman vasitələri Xidmətlər Zərfində təsiredici maddələri göstərilməklə yer alacaq. Həmin təsiredici maddələrə əsasən pozitiv siyahıda olan dərman vasitələrinə şərti kompensasiya məbləği – yəni sığorta tərəfindən ödənilən məbləğ müəyyən ediləcək.

Apteklərdə sığorta tərəfindən ödənilən məbləğ ilə pərakəndə satış qiyməti eyni olan ən azı bir dərman vasitəsi mövcud olacaq və bu dərman vasitələrini sığorta tam qarşılayacaq. Bəzi dərman vasitələrinin aptekdəki qiyməti ilə sığorta tərəfindən ödənilən məbləğ arasında fərq yarana bilər. Bu halda seçim pasiyentə veriləcək. Sığorta tərəfindən ödənilən məbləğ ilə pasiyentin seçdiyi dərman vasitəsinin qiyməti arasında fərq yaranarsa aradakı fərqi pasiyent özü ödəyərək istədiyi dərman vasitəsi ilə təmin oluna biləcək.

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

LDU üçün 4 mərtəbəli yeni tədris binası tikiləcək

DGK "Xəzər İnşaat Şirkəti"ni inzibati məsuliyyətə cəlb edib

Aİ-dən Rusiya aktivləri hesabına Ukraynaya milyard avroluq yatırım

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

"Wall Street" 2025-ci il üçün "S&P" indeksinə ən optimist proqnozunu açıqlayıb

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

"Intel"ə ABŞ-dan 7,9 milyard dollarlıq yardım

Külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb (FOTO)

Dövlət Radiotezliklər İdarəsi ilə "Teleport" şirkəti arasında nə baş verib?

Azərbaycanda vətəndaşlara bu dərmanlar pulsuz verilə bilər

“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər

DSMF 6 milyon manatdan çox sığorta ehtiyatı formalaşdırıb

İnsan bədəni kosmosda nə qədər qala bilər?

Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı®

"Bank of China"nın keçmiş rəhbəri rüşvətə görə ölüm cəzasına məhkum edildi

Gələn il yaşa görə orta aylıq pensiyanın 571 manat olacağı gözlənilir

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

"Nissan" investor axtarışında: "Sağ qalmaq üçün cəmi 12-14 ayımız var"

Azərbaycanda regional və xarici bankların açılmasına ehtiyac var?

Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon, xərcləri 41 milyard 367,6 milyon manat olacaq

Müharibə veteranlarına verilən 80 AZN artırılır? - RƏSMİ CAVAB

Bakı metrosunda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək

"Shell" və "BP"nin sabiq mühasibi, dünyanın ən yaşlı kişisi 112 yaşında vəfat edib

Daha 549 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək

"Bona Dea" ilə "Məlhəm Hospital" arasında qalmaqal

Metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq

2024-cü ilin sonuna qədər "WhatsApp"ın işləməyəcəyi telefonlar açıqlandı

Nazir rəisi işdən çıxardı - Yeni təyinat

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

"MicroStrategy" "Bitcoin"dən 14,7 milyard dollar qazanc əldə edib

“ASG Business Aviation”ə aid sığorta şirkətinin itkiləri 10 mln. manatı ötdü - 3 dəfə azalma

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin