Sağlamlığımıza nə qədər pul xərcləyirik? - TƏZADLI VƏZİYYƏT

Redaktor

03.11.2024 13:26
456

Sağlamlığımıza nə qədər pul xərcləyirik? - TƏZADLI VƏZİYYƏT

İnsan üçün ən vacib olan nemət can sağlığıdır. Bu haqda çox danışsaq da, nəticə heç də ürək açan deyil. Çünki əksər insanlar bəlkə də ən sonda sağlamlıqları haqqında düşünür.

Ümumiyyətlə, cəmiyyətimizin böyük qismi sağlamlıqları ilə bağlı plan qurmurlar. Məsələn, əksər insanlar istirahətləri ilə bağlı planlama aparmırlar. İllərlə məzuniyətə çıxmadan çalışırlar. Bəzi özəl sektorda hətta ay ərzində istirahət günü belə verilmir. Təbii ki, bu da insanlarımızın sağlamlığına bilavasitə təsir edir.

Çox təəssüf ki, dövlət tərəfindən də adambaşına düşən səhiyyə xərcləri çox aşağıdır.

Məsələn, 2023-cü ildə səhiyyə sahəsinə 1 milyard 722 milyon 138 min 576 manat vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsində isə səhiyyə xərcləri üçün 1 milyard 871 milyon 3 min manat vəsait nəzərdə tutulub. Bu da o deməkdir ki, 2024-cü ildə ölkəmizdə adambaşına düşən illik səhiyyə xərci cəmi 183 manatdır.

Azərbaycan səhiyyə xidmətlərinin səviyyəsinə görə region ölkələri arasında sonuncu sırada yer alıb. 93 ölkənin yer aldığı Beynəlxalq reytinq siyahısında Azərbaycan 90-cı sırada qərarlaşıb. Səhiyyə xidmətlərinin səviyyəsinə görə Azərbaycan yalnız Banqladeş, İraq və Venesueladan öndə olub.

Halbuki, adambaşına mütləq ifadədə ən çox pul xərcləyənlər ABŞ (10 243 dollar), İsveçrə (9 903 dollar), Norveç (8 102 dollar), Bermud adaları (7 027 dollar) və Qrenlandiya (6 559 dollar)dır. Qlobal orta qiymət 1048 dollardır.

Azərbaycanda 2023-cü ildə ölkədə 123,0 milyard manatlıq ÜDM istehsal olunub. Bu da o deməkdir ki, səhiyyə xərcləri ÜDM-nin yalnız 1,1 faizi qədərdir. Dövlət büdcəsində isə səhiyyə ümumi xərclərin 5 faizə yaxındır.

Bəs Azərbaycanda bir şəxs orta hesabla sağlamlığı üçün nə qədər vəsait xərcləyir?

Mövzu ilə bağlı danışan həkim Abbas Bağırov deyib ki, ölkəmizdə insanların sağlamlığına xərclədiyi pul nisbi xarakter daşıyır:

“Bəzi insanlar heç sağlamlıqları haqqında düşünmür. Praktika göstərir ki, insanlar ən son anda həkimə müraciət edir. Tibbi sığorta xətti ilə müraciətlər çoxdur. Bu da pulsuz olduğu üçün belədir. Amma insanlar davamlı olaraq tibbi müayinədən keçmir, şəxsi həkimlərə çox nadir hallarda müraciət edirlər. Müraciətlərsə çox zaman gec olur. Bu da yəqin ki, maddi durumla bağlıdır”.

“Kimin pulu varsa, sağlamlığının qeydinə qalır”

Müsahibimiz onu da əlavə edib ki, Azərbaycandakı imkanlı şəxslər öz müalicələrini əsasən xarici ölkələrdə həyata keçirirlər:

“Orta təbəqə isə öz qazanclarına uyğun və ən əsası vacib olanda sağlamlıqlarına pul ayırırlar. İmkansız insanlarsa sağlamlıqları barədə heç düşünmürlər. Onlar ancaq gündəlik qayğıları ilə məşğul olurlar. Yəni ölkəmizdəki insanlar üçün sağlamlıqla bağlı “qızıl standart” yoxdur. Hərənin bu məsələyə yanaşması tam fərqlidir.

Bu məsələ bilavasitə maddiyyata bağlıdır. Kimin pulu varsa, sağlamlığının qeydinə qalır, kimin pulu yoxdursa, bu problemi ertəliyir. Onu da qeyd edək ki, sağlamlıq problemi təkcə həkimə getməklə bitmir. Sağlam həyat tərzi keçirmək üçün bir sıra tədbirlər görmək lazımdır. İstirahətə, gəzintiyə və idmana xüsusi zaman, pul ayrılmalıdır. Bizdə isə yalnız əhalinin imkanlı təbəqəsi bunu edə bilir”.

© Bizim.Media

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşdən icazə almaq asanlaşdı - YENİLİK

11.11.2025

Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR

11.11.2025

2026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı

11.11.2025

"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb

11.11.2025

Deputatdan gəlir vergisi ilə bağlı təklif

11.11.2025

Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir

11.11.2025

Sabahın hava proqnozu

11.11.2025

Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ

11.11.2025

Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL

11.11.2025

Neftimizin qiyməti ucuzlaşıb

11.11.2025

İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?

11.11.2025

Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq

11.11.2025

Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU

11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?

10.11.2025

Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?

10.11.2025

ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi

10.11.2025

Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?

10.11.2025
Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

Azərbaycan bankları Mərkəzi Banka nə qədər borcludur? - SİYAHI

10.11.2025

Əvvəldən alınan avtomobillər 2026-cı ilin yanvarından sonra yeni qaydalarla hesablanacaq?

10.11.2025

İşsiz Azərbaycan vətəndaşları turist kimi hansı ölkələrə səfər ediblər? - SİYAHI

10.11.2025

Məzənnə

Yüklənir...