
20.09.2023 / 10:51
Respublika Klinik Xəstəxanasında iş Ordumuza dəstək və şəhidləri anmaqla başladı (FOTO)
Bu gün - sentyabrın 20-də akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardiologiya və allerqalogiya şöbəsində bütünlüklə tibb personal dövlət himnini səsləndirmək və şəhidlərimizə ehtiram olaraq onların ruhunu bir dəqiqəlik sükutla anmaqla işə başlayıblar.
Qaynarinfo xəbər verir ki, tədbirdə qardaşlıqımızın rəmzi olan Azərbaycan və Türkiyə bayraqları dalğalanıb. Kardiologiya şöbəsində keçirilən bu təqdirəlayiq təşəbbüsə səhəti imkan verən xəstələr arasında qoşulanlar da olub.
Dövlət himni səsləndikdən sonra Kardiologiya şöbəsinin müdiri Fərqanə Mahmudova çıxışında vurğulayıb ki, hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirir. F.Mahmudova çıxışında Ordumuza dəstək verməyə hər an hazır olduqlarını bildirib. O qeyd edib ki, xəstəxananın direktoru Elviz Qasımov başda olmaqla, həkimlər və tibbi personal hər an Ali Baş Komandanın əmrini gözləyirlər.
F.Mahmudova bildirib ki, həkimlər olaraq öz peşə fəaliyyətindən irəli gələrək üzərinə düşəni yerinə yetirməyə, Ordumuzun yanında olmağa hazırdırlar.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay