Planetin ən ölümcül virusları açıqlandı
"Planetin ən ölümcül virusları arasında ilk yerləri HİV, Denge qızdırması virusu, hepatit virusları və SARS-CoV2 tutur".
Valyuta.az xəbər verir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının akademiki, Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri Fakültəsinin Bionotexnologiya, Mikrobiologiya və Virusologiya laboratoriyasının müdiri Sergey Netesov.
“İlk siyara mən yəqin ki, HİV-i qoyaram. O, immunitet sisteminin hüceyrələrinə hücum edir. Hazırda bu virusun çox baha başa gələn iki müalicəsi var. Və indiyədək onlarla cəhdlərə baxmayaraq, ona qarşı peyvənd hazırlamaq mümkün olmayıb. Çünki o, immun reaksiyadan yayınır”, deyə Netesov bildirib.
Mütəxəssis ikinci yerdə Denge qızdırması virusunu qoyub. Buna qarşı peyvənd hələ hazırlanmayıb, lakin hazırda sınaqdan keçirilən namizəd dərmanlar çox yaxşı qoruyucu effekt verir:
“Denge qızdırması bütün dünyada bir neçə onilliklər əvvəl yayılmağa başlayıb. Ağcaqanadlar tropik və subtropik ölkələrdə yayılmağa və bu infeksiyanı yaymağa davam edir. Əvvəllər yalnız tropik qurşağın məhdud ərazilərində rast gəlinirdisə, indi bütün tropik qurşağında və subtropik qurşağın əksəriyyətində yayılıb. Dünyada hər il 40 milyona qədər yoluxma halı aşkarlanır”.
Mütəxəssis üçüncü yerə bütün viral hepatitləri, dördüncü yerə isə SARS-CoV2-ni qoyub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay