Bostan məhsullarından zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır? - Həkim
“Bostan məhsulları, xüsusi ilə qarpız kəsərkən onun içərisində zoğlu hissələr görsəniz, onu bütövlükdə yeməyin”.
Bunu Valyuta.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, yay aylarında bostan məhsulları ilə bağlı tez-tez zəhərlənmə halları baş verir:
“Bunun səbəbi onun inkişafı zamanı istifadə olunan gübrələrdir. Bostan bitkilərinin erkən suvarılması, daha çox müxtəlif gübrələr verilməsi, texniki şərtlərin gözlənilməməsi və s. sulu məhsullarda çoxlu gübrələrin toplanmasına gətirib çıxarır”.
Professor bəzi məhsullarun sezonunda yeyilməsini tövsiyyə edib:
“Məsələn, qarpız avqust ayında yeyilər. Erkən yetişdirilən məhsullarda, meyvə və tərəvəzlərdə toplanan müxtəlif gübrələr, onların tərkibindəki maddələr məhsulların zoğlarında toplanır”.
Adil Qeybullanın sözlərinə görə, zəhərlənmə həmin maddələrin konsentrasiyanın normadan artıq olması ilə bağlıdır:
“Nəinki zəhərlənmə, müxtəlif alergetik reaksiyalar, mədə-bağırsaq pozuntusu hallarına geniş rast gəlinir. Hər halda insanlar meyə-tərəvəz, bostan məhsulları yeyərkən diqqətli olmalıdır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay