"Hər şeyi idxal etdiyimiz üçün artıq kənd şəhərə çevrilib" - Adil Qeybulla
"Azərbaycan kimi balaca bir ölkəni keyfiyyətli qida ilə təmin etmək imkanları yetərincədir”.
Bunu Valyuta.az-a açıqlamasında professor Adil Qeybulla heyvan yemi kimi istifadə olunan günəbaxan, qarğıdalı yağlarının xərçəng xəstəliyi yaratmasın ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.
Professor bildirib ki, Azərbaycan qarğıdalı, günəbaxan, kətan yağlarını istehsal etmək mümkündür:
"Bunun üçün kənardan xammal gətirməyə ehtiyac yoxdur. Kənd təsərrüfatı məhsullarının, xüsusi ilə yardımçı təsərrüfatda istehsalına ciddi fikir verilməlidir. Bu sahə tamamiylə sıradan çıxıb. Biz hər şeyi idxal etdiyimiz üçün artıq kənd şəhərə çevrilib. Artıq kənddə istehsal yoxdur, heyvandarlıqla bağlı fəaliyyət tamamiylə ölüb. Problem burdan qaynaqlanır”.
Professor bütün dünyada keyfiyyətsiz qida məhsullarına rast gəlindiyini vurğulayıb:
“Hətta İngiltərənin bəzi şəhərlərində qida maddələrin, məsələn çayların, yağların da bizdəki kimi olduğunun şahidi oldum. Dünya üzrə qida problemi var. Dünya əhalisinin sayına uyğun qida maddələrinin problemi var. Əslində genetik modifikasiya olunmuş qidaların da peyda olması buna bağlıdır”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay