Səhiyyə
01.07.2023 / 14:23
Şöbə müdiri onkoloji xəstəlikdən vəfat etdi (FOTO)
29886
Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri Cəmaləddin İsgəndərli vəfat edib.
"Report” xəbər verir ki, o, uzun müddətdir onkoloji xəstəlikdən müalicə alırmış.
Qeyd edək ki, Cəmaləddin İsgəndərli 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1977-1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda Müalicə işi ixtisası üzrə təhsil alıb. 1981-1983-ci illərdə Əfəndiyev adına 4 nömrəli Şəhər Klinik xəstəxanasının Qəbul bölməsində tibb qardaşı kimi fəaliyyət göstərib.
1984-1989-cu illərdə Ordubad Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsində çalışıb. 1989-cu ildə Azərsutikinti xəstəxanasında Qəbul bölməsində çalışıb. 2018-ci ildə həmin xəstəxanada Baş həkimin müavini kimi çalışıb. 2020-2022-ci illərdə Qəbul şöbəsinin müdiri vəzifəsində işləyib. 2022-ci ildən Nizami Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay