Səhiyyə
23.06.2023 / 16:57
İcbari Sığorta Agentliyi 80 ədəd “ambulans” alır
29686
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 80 ədəd təcili tibbi yardım avtomobili almağa hazırlaşır.
Valyuta.az xəbər verir ki, Agentlik bununla bağlı tender elan edib. Tender iyul ayının 27-nə qədər davam edəcək.
Tenderin şərtlər toplusundan məlum olur ki, Agentlik 14 ədəd xüsusi 2 differensiallı reanimobil (4x4) təcili tibbi yardım avtomobili, 9 ədəd perinatal küvəzlə təchiz olunmuş (4x2) təcili tibbi yardım avtomobili, 55 ədəd reanimobil (4x2) təcili tibbi yardım avtomobili və 2 ədəd mamoqrafiya cihazı ilə təchiz olunmuş (4x2) təcili tibbi yardım avtomobili almaq istəyir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay