Xaricdən reseptsiz dərman gətirmək olarmı? - Professor
"Ümumiyyətlə, konkret xəstəliyi olan və onun əsasında əlində qanuni resept yazılan şəxslərin həmin reseptdə göstərilən miqdarda dərman preparatlarını xaricdən alınıb gətirilməsi ilə bağlı güzəştləri var".
Bu barədə Valyuta.az-a professor Adil Qeybulla Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklərə edilən təkliflərdən danışarkən deyib. Ekspert bildirib ki, resept bir növ həmin dərmanların Azərbaycana gətirilməsinə icazə verir:
“Bəzən görürük ki, xaricdən müəyyən miqdarda dərmanlar gətirirlər və onlar gömrük orqanları tərəfindən saxlanılır. Bu baxımdan dərmanların resept əsasında təsdiqi əsasdır”.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə Komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Müzakirə zamanı təklif ediblər ki, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay