Səhiyyə
14.06.2023 / 18:24
Azərbaycanda süni mayalanma neçəyə edilir? - QİYMƏT
29343
Azərbaycanda bir süni mayalanmanın qiyməti 3500 manatdır.
Bunu Valyuta.az-a açıqlamasında cərrah, mama-ginekoloq Samirə Tağıyeva deyib. Həkim bildirib ki, bu dərmanlarla birlikdə nəzərdə tutulan qiymətdir:
“Mayalanma alınmayanda təkrar müraciət edən analara deyilən rəqəmdə 200-300 manat endirim edilir. Başqa ölkələrlə müqayisədə süni mayalanma ən ucuzu Azərbaycanda icra olunur. Türkiyədə bu proses dollarla ödənilir, təxminən 5 mindən yuxarıdır”.
Samirə Tağıyeva Azərbaycanda süni mayalanmanın ucuz olmasının səbəbini uşaq istəyən ailələrin imkansız olması ilə izah edib.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay