Bu amillər qocalma prosesini sürətləndirir - Qocalmamaq olarmı?
Kanadalı tədqiqatçılar bioloji qocalma prosesini sürətləndirən amilləri müəyyən etmək qərarına gəliblər. Bunun üçün mütəxəssislər dezoksiribonuklein turşusunun metilasiyası əsasında xüsusi yaradılmış qocalma “saatından” istifadə ediblər. Daha sonra əldə edilən məlumatlar tədqiqatda iştirak edən könüllünün faktiki yaşı ilə müqayisə edilib.
Valyuta.az xəbər verir ki, bu barədə Gismeteo.ru saytı yazıb.
Mütəxəssislərin fikrincə, depressiv vəziyyətin yaratdığı stress daha çox bioloji aşınmaya səbəb ola bilər və fizioloji sistemlərin tənzimlənməsini poza bilər ki, bu da əslində erkən qocalmağa səbəb ola bilər.
Bu yaxınlarda Şotlandiya alimləri də insanın qocalması prosesləri və onu ləngitmək yollarının axtarışı ilə bağlı araşdırma aparıblar. Onlar müəyyən edə bildilər ki, qocalma qanda dəmir mübadiləsi ilə bağlıdır və bəzi yaşa bağlı xəstəliklər bədəndəki dəmirin tərkibindən asılıdır.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, sağlam ömür sürmək üçün orqanizmdə dəmir səviyyəsini izləmək və onun normasını aşmamaq lazımdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay