"Azərbaycan və Türkiyə gələcəkdə birgə dərman istehsal edə bilər" - TƏKLİF
"Türkiyədə kifayət qədər keyfiyyətli dərmanlar istehsal olunur”.
Bunu Valyuta-az-a açıqlamasında professor Adil Qeybulla deputat Fazil Mustafanın “Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik" fikirinə münasibətində deyib.
Professor Azərbaycana dərmanların Türkiyədən idxal olunmasını daha məqsədəuyğun olduğunu bildirib:
“Azərbaycan dərman istehsal etmir və buna görə də yaxşı olar ki, daha etibarlı dərmanlardan istifadə edilsin. İkincisi, Türkiyə qardaş ölkədir. Gələcəkdə bizim inteqrasiyamız baxımından da Türkiyə ilə əməkdaşlıq etməyimiz daha məqsədəuyğun olardı, nəinki Rusiya, Hindistan və başqa ölkələrdən. Bizim gələcəkdə Türkiyə ilə müştərək layihələrimiz ola bilər, zavodlar açmaq, birlikdə bu sahəni inkişaf etdirmək olar”.
Professor deputatın bu təklifini məntiqli və faydalı hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, deputat Fazil Mustafa Azərbaycanda dərmanların çox baha olduğunu deyib. O, "Bunun qarşısını almaq üçün tədbir görülmür. İnsanlar 100 manatlıq dərmanı 300 manata almağa məcbur olur. Bizim bazardan Avropa dərmanları çıxıb. Banqladeşin, Hindistanın dərmanlarını gətiririk. Türkiyə ilə bu sahədə əməkdaşlığı qura bilmədik"-deyə qeyd edib.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay