ŞOK! COVID-19 yenidən mutasiyaya uğradı
Alimlər "Arcturus" adlı koronavirus ştamının Hindistanda minlərlə insanın yoluxmasına səbəb olduğunu deyib. Covid-19-un yenidən mutasiyaya uğraması nəticəsində yaranan bu virus texniki olaraq "XBB.1.16" adını daşıyır.
BAKU.WS xəbər verir ki, artıq ölkənin bəzi bölgələrində yenidən maska rejimi tətbiq edilib.
Hindistan Səhiyyə Naziri sadəcə ötən gün yoluxanların sayının 3 122 nəfər olduğunu və ölkədə 40 mindən çox aktiv koronavirus xəstəsi olduğunu açıqlayıb.
Yaranmış xoşagəlməz hala Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da münasibət bildirib:
"Artıq bir neçə aydır ki, "Arcturus" yayılmağa davam edir. Labaratoriyada aparılan tədqiqat zamanı onun keçici olduğunun və daha çox mutasiyaya uğradığının şahidi olduq. Ancaq "Arcturus"un əvvəlki koronavirus ştammları ilə müqayisədə daha bir ağır xəstəlik olduğunun sübutu hələ ki, yoxdur".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay