Səhiyyə
03.04.2023 / 16:04
Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır
27502
Günəşin səthində ləkələrin sayı azalıb. Hal-hazırda 4 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 57-dir.
Bu barədə Valyuta.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu period ərzində 4 qismən Yerə istiqamətlənmiş və 1 aprel tarixində 1 birbaşa Yerə istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. 27 mart tarixinədək müşahidə olunan böyük tac dəliyi artıq görünmür.
Geomaqnit sahənin aktivliyi artaraq 30-31 mart tarixlərində zəif (G1) geomaqnit qasırğası baş verib. Hal-hazırda geomaqnit sahə sakitdir (2Kp).
Geomaqnit sahəsinin 3-5 və 10-11 aprel tarixlərində aktiv olacağı gözlənilir. Növbəti həftə üçün maqnit qasırğası proqnozlaşdırılmır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay