"İcbari Sığorta" deputata məxsus olduğu deyilən şirkətə 46 milyoluq tender verdi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 45 855 968.2 AZN olan müqavilədə "Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələri”nin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Avrpmed Company” QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57000 AZN olan şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.
Kamran İskəndərovun haqqında açıq mənbələrdə yer alan məlumatlarda onun "Coca Cola” şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işlədiyi qeyd edilir. O, ötən ilin fevralında "Avromed Company”nin baş direktoru vəzifəsinə təyin olunub.
"Avromed Company” QAC-nin sahibinə gəlincə, mediada gedən məlumatlarda şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu bildirilir. Deputatla bağlı biorafik məlumatlarda da onun 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində çalışdığı göstərilir.
İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Feyziyev 2010-cu ilə qədər "Avromed”in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.
Lakin yerli media bu açıqlamanı həqiqətə uyğun saymır. Hər halda Feyziyevin Britaniya məhkəməsində verdiyi ifadələrdə ziddiyyətlərin olması onun hələ də "Avromed”ə nəzarət etdiyinə şübhələr yaradıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay