Hamının yoluxduğu qrip virusu ilə bağlı professordan vacib açıqlama
Azərbaycanda uşaqdan böyüyə əksər insanların yoluxduğu qrip virusları dolaşır.
Bəzi şəxslərdə ağırlaşma ilə nəticələnən bu xəstəlik ölkədə böyük narahatlıqlar doğurur.
Əksəriyyəti düşündürən suallardan biri də budur ki, virusa yoluxmamaq və va yoluxduğu təqdirdə necə müalicə olunmaq lazımdır? Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Tanınmış həkim BAKU.WS-ə açıqlamasında bildirib ki, ölkədə geniş yayılan və kütləvi yoluxmaya səbəb olan virus COVID-19-un mutasiyalarının davam edən növüdür:
"Bu, Omikron ştamının mutasiya variantıdır. Eyni zamanda ənənəvi qrip və koronavirusun dörd forması kimi soyuqdəymə xəstəliklərini yaradan respirator infeksiyalar tüğyan edir. Bu infeksiyalar hər il mövcuddur və müəyyən epidemiyalara səbəb olur.
Bu viruslardan qorunmaq üçün pandemiyadan dərs götürdüyümüz tədbirlər var. Maska taxmaq, məsafə gözləmək və dezinfeksiya tədbirlərinə əməl etmək lazımdır. Pandemiyanın sonuna doğru insanlar sanki buna ciddi yanaşmır və əməl etmək istəmirlər. Lakin ölkədə yoluxma çoxdur. Hesab edirəm ki, viruslara yoluxmamaq üçün ənənəvi tədbirlərdən istifadə olunmalıdır.
Bu xəstəliyə qarşı standart müalicə üsulu yoxdur. Xəstələnən şəxslər ilk növbədə yataq rejiminə keçməlidir. Bundan sonra çoxlu maye qəbul etməlidir. Qızdırmaları olarkən "Parasetamol" dərmanından istifadə olunmalıdır.
Əgər özlərini yaxşı hiss etməsələr, mütləq həkimə müraciət edilməlidir. Həkim göstərişi olmadan və özbaşına antibiotiklər alıb evdə vurdurmaq qətiyyən olmaz. Nəzərə almaq lazımdır ki, bununla bağlı ölümlə nitəcələnən xeyli fəsadlar ortadadır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay