Yoluxma statistikası açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 24 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 827 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 541 nəfər müalicə olunaraq sağalıb, hazırda 226 aktiv xəstə var. Bu günə qədər 10 080 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 413, bu günə qədər isə ümumilikdə 7 481 325 test icra olunub.
Gün ərzində koronavirus əleyhinə 328 vaksin vurulub. Birinci doza vaksinlərin sayı 153, ikinci doza vaksinlərin sayı 42 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 120-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 941 530 olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay