Səhiyyə
25.01.2023 / 15:47
Mövsümi xəstəliklər hansı uşaqlar üçün təhlükəlidir?
26389
Səhiyyə Nazirliyi mövsümi virusların hansı xroniki xəstəliyi olan uşaqlar üçün təhlükəli ola biləcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, əgər uşaqlar davamlı dərman qəbul edirlərsə, bu halda mövsümi xəstəliklər onlar üçün təhlükəli ola bilər:
“Əgər uşaqlarda böyrək, qaraciyər, qan xəstəliyi varsa, həmçinin müalicə dövründədirlərsə, kimyaterapiya, yaxud hormonal müalicə alırlarsa, bu hallarda mövsümi viruslar daha təhlükəlidir. Bu zaman müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Yaxşı olardı ki, həmin uşaqlar mütləq peyvənd olunsunlar”.
Onun sözlərinə görə, əgər uşaqlar peyvənd olunublarsa, maskalardan istifadə etməli, özlərini qorumalıdırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay