Yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 16 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 826 924 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 422 nəfər müalicə olunaraq sağalıb, hazırda 479 aktiv xəstə var. Bu günə qədər 10 023 nəfər vəfat edib.
Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 935 174, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 398 628, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 946, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 395 811, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 789 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay